Yaponiyanın Elm və Texnologiya Nazirliyi: “2040-cı ildə öz ev heyvanlarınızla danışa biləcəksiniz”

İyunun 16-sı Kabinet iclasında Yaponiyanın Elm və Texnologiya Nazirliyi 37 proqnoz təqdim edib. Bunların içərisində ən çox diqqəti cəlb edən 2040-cı ildə it və pişiklərlə dialoq quracaq bacarıqlara sahib ola biləcəyimizdir. Üstəgəl, hansı uzaqlıqda olmağımızdan asılı olmayaraq, yediyimiz, içdiyimiz, ümumiyyətlə, təcrübə etdiyimiz dad, iy, hissləri virtual olaraq istədiyimiz şəxslərə göndərə biləcəyik.

Əlavə olaraq, hazırda insanlar tərəfindən idarə edilən ağır mexaniki avadanlıqların artıq robotlar tərəfindən də işlədilməyə yararlı olacağı, əkinçilikdə insan əməyini tamamilə robotların əvəz edəcəyi, yolda robotlarla qarşılaşmağın adi bir şey olacağı kimi proqnozlar da görüşdə öz yerini alıb.

Proqnozların verilməsində Nobel Mükafatı laureatı Akira Yoşino da yaxından iştirak edib.

Yaponiyanın Elm və Texnologiya Nazirliyinin 1970-ci ildən bu günə qədər verdiyi proqnozların 70 faizi həyata keçib. 1977-ci ildə Nazirlik televizorların divardan asıla biləcəyini, 1982-ci ildə gələcəkdə cibimizdə gəzdirə biləcəyimiz simsiz telefonların istifadə ediləcəyini bildirmişdi. Bundan əlavə, fərqli xəstəliklərin müalicə metodu, təbiətdən enerjinin əldə edilməsi haqqında verilmiş proqnozlar da özünü doğrultmuşdu.

Qeyd edim ki, 1977-ci ildə xərçəng xəstəliyinin müalicəsinin tam olaraq tapılması haqqında verilən proqnoz hələ də reallığa qovuşmayıb.

Yuxarıdakı rəsm, qarşıdakı illərdə reallıq və virtuallığın biri-birinə necə qarışacağını izah etmək üçün təqdim edilib.

Gülər Nursu © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.