Qədim zamalarda yaponların “bakeneko” qorxuları olduğu üçün uzun müddət pişik saxlamaqdan çəkinirdilər. Bəs “bakeneko” nə idi? Niyə yaponların bu inancı pişiklərə aid idi?

Bakeneko (化け猫) yapon miflərində pişiyəbənzər varlıqlardır. Onlar insan cildinə bürünür, ölüləri idarə edə bilir, insan dilində danışır və insanları lənətləyə bilirdilər. İnanca görə “bakeneko” lampa yağını yalamağı sevir və bunu etməsi hansısa qəribə hadisənin xəbərçisidir.

bakeneko

Bir inanca görə isə ev pişikləri müəyyən yaşa çatandan sonra bakenekoya çevrilirlər. Hətta Hiroşimadakı bir inanca görə pişik 7 yaşına çatdıqda sahibini öldürə bilərdi. Tarixdə bu inanc ucbatından bir çox pişik sahibi yaşlı pişiklərini öldürüb.

EYTmKb9X0Aw9Jtk.jpeg

Edo dövründə belə inanc var idi ki, ilan kimi uzun quyruğu olan pişiklər insanları ovsunlaya bilər. Ona görə də, pişiklərin quyruqlarını tez-tez kəsməyə çalışırdılar. Deyilənə görə, hazırda Yaponiyada qısa quyruqlu pişiklərin sayının belə çox olması bununla bağlıdır.

nekomata

Bir də nekomata (猫又) var. Bakenekoya çox oxşayır, amma iki quyruğu olur. İnanca görə ev pişikləri yaşlananda nekomataya da çevrilə bilərlər. Buna görə keçmişdə yaponlar uzun müddət pişik saxlamaqdan çəkinirdilər.

Serkan Şentürk © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.