Tozlu səhifələrdə itib batan, müasir dünyadan tamamilə fərqli Yaponiyanın tarixi faktlarını oxuduğunuz zaman həm öyrənəcək, həm də daha çox araşdırıb bilmək üçün can atacaqsınız.

1.XII əsrin məşhur samurayı Minamoto no Tametomo, oxçuluq bacarıqları ilə məşhur idi. Əfsanəyə görə 208 sm boyunda olan Tametomo, cəmi 1 oxu ilə bütöv bir Tayra gəmisini batırıb. Tayralara məğlub olandan sonra onun qol əzələləri kəsilib və İzu adalarına sürgün edilib.


2.1936-cı ildə telefonun 60 illiyi münasibətilə Yaponiyada hazırlanan açıqca. Yaponiya telefonla 1877-ci ildə tanış olub, hətta Aleksandr Bell 1898-ci ildə Yaponiyanı ziyarət edib. İngilis dilindən sonra dünyada telefon danışığında istifadə olunan ilk dil yapon dili olub.


Telefondan istifadə edən ilk yapon Şuci İsava 1876-cı ildə. 1898-ci ildə Aleksandr Bellin Yaponiya ziyarəti zamanı onun yanında dayanıb.


3.Nekote (猫手; pişik əli) orta əsrlər Yaponiyasında əsasən qadın nincalar tərəfindən istifadə olunan silah idi. Bəzən daha da ölümcül olması üçün ona zəhər də sürtürdülər.


4.IX əsrdə yaşamış məşhur şairə Ono no Komaçi (825-900) öz qeyri-adi gözəlliyi ilə bir çox əfsanəyə mövzu olub. Buna görə də hazırda Yaponiyada “komaçi” sözü, qadın gözəlliyinin sinonimi kimi istifadə olunur.


5.Monqolların Yaponiyaya ikinci yürüşündən (1281) qalma gəmi qalığı. 2014-cü ildə Naqasakidə arxeoloqlar tərəfindən tapılıb. Bundan öncə 2011-ci ildə də bir monqol gəmisini tapıblar.


6.Okinava’da Katsuren qəsrində tapılmış 1687-ci ilə aid Osmanlı sikkəsi. Üstəlik həmin qəsrdə IV əsrə aid Roma sikkələri də tapılıb. Buraya qədər necə çıxıblar, hələ ki, dəqiq məlum deyil.


7.Yaponiyada tapılan ən qədim insan qalığı da Okinavada aşkarlanıb. “Şirahosaonetabaru” mağarasında tapılan bu skeletin 27.000 yaşı var. Ryukyu mədəniyyətinin yapon mədəniyyətindən qədim olması fikri insana qəribə gəlir.


Serkan Şentürk © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.