Qadınlara daxil olmağın qadağan olduğu ada – Okinoşima. Koreya ilə Yaponiyanın arasında yerləşir və müqəddəs adadır.

Səbəbi heç vaxt açıqlanmasa da, düşünülür ki, bu qadağa şintoizmdə menstruasiya qanının çirkli hesab edilməsi inancı ilə bağlıdır.

Ada Koreya və Çin ilə ticarət yolu üzərində yerləşdiyindən balıqçılar adanı müqəddəs hesab etmişdilər və adanın tanrısına qılınc, güzgü kimi dəyərli hədiyyələr təklif edirdilər. XVII əsrdə adada şinto məbədi tikilib və hazırda adada yaşayan yeganə şəxs həmin məbədin rahibidir.

İlin ancaq bir günündə – 27 mayda adaya daxil olmağa icazə var, özüdə maksimum 200 kişiyə. Daxil olmazdan öncə rahibin iştirakı ilə kişilər soyunmalı və sahildə “arınma” ritualından keçməlidirlər.

2017-ci ildə adanı YUNESKO-nun Dünya irsi siyahısına salsalar da, Yaponiya hökuməti adanı turistlərin üzünə açmaq istəmir, düşünürlər ki, turistlər adanın müqəddəsliyinə xələl gətirə bilərlər.

Serkan Şentürk © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.