Müsabiqəyə dünyanın istənilən nöqtəsindən qatıla bilərsiniz. 700 sözdən ibarət olmalı olan esse yaradıcılıq bacarığını üzə çıxartmaq üçün dünya gənclərinə verilən əla bir şansdır.

Nəzərinizdə olsun ki, üz qabığı və essenin adı 700 sözün içində sayılmır.
Müsabiqənin digər bir məqsədi cəmiyyətin gənclərdən öyrənməli olduğu şeyləri üzə çıxartmaq və bu yolda gənclərə daimi dəstək olmaqdır.

Vacib nüanslar:

Müsabiqəni keçirir:
Yaponiya

Təşkil edir:
The Goi Peace Foundation

Təsdiq edilmişdir:
Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi, YUNESKO-nun Yaponiya Milli Komissiyası,
Tokyo Metropoliteni Özəl Lisey Federasiyası, Yaponiya Yayım Korporasiyası və Nikkei Inc tərəfindən

Dəstəkçilər:
SEIKO HOLDINGS KORPORASİYASI, PLUS KORPORASİYASI

Esse mövzusu:

“2030-cu ildəki məndən məktub”
“A letter from myself in 2030”

2030-cu ildəki özündən 2020-ci ildəki özünə məktub yaz: dünyanın vəziyyətini, insanların necə yaşadığını, cəmiyyətdəki yerini və cəmiyyəti təsvir et. Həmçinin
indiki özünə vermək istədiyin vacib mesajları da unutma.

Mükafatlar:

1-ci yer: Sertifikat, 100.000 yapon yeni ( 2020 fevral ayı məzənnəsi ilə 990 ABŞ dolları) [ 1-ci yer üçün 1 qalib müəyyən ediləcək ]

2-ci yer: Sertifikat, 50.000 yapon yeni ( 2020 fevral ayı məzənnəsi ilə 450 ABŞ dolları) və əlavə hədiyyə [ 2-ci yer üçün 2 qalib müəyyən ediləcək ]

3-cü yer: Sertifikat və hədiyyə [3-cü yer üçün 5 qalib müəyyən ediləcək ]

Xüsusi qaliblər: Sertifikat və hədiyyə [ bu kateqoriya üçüb 25 qalib müəyyən ediləcək ]

1-ci yerin qalibi 2020-ci ilin noyabr ayında Tokyoda keçiriləcək olan mükafatlandırma mərasiminə dəvət ediləcək və Təhsil Nazirliyi Mükafatına layiq görüləcək. [ Səyahət xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq ]

Bütün qaliblər 2020-ci il oktyabr ayının 31-i (Yaponiya vaxtı ilə) https://scholarshipscorner.website/international-essay-contest-japan/ saytında elan ediləcək. Hədiyyə və sertifikatlar digər qaliblərə dekabr ayında göndəriləcək.

Esse müsabiqəsinin qaydaları:

  1. 25 yaşına qədər olan (2020-ci il 15 iyuna əsasən) hər kəs müsabiqədə iştirak edə bilər: a) 14 yaşa qədər uşaqlar; b) 15-25 yaş arası gənclər;
  2. Esse başlıq və üz qabığı hesaba alınmadan 700 söz (və ya daha az) olaraq ingilis, fransız, ispan, alman dillərində yazıla bilər. Yapon dilində yazıldığı halda 1600 işarədən ibarət olmalıdır. Esse yazılı və ya çap şəklində ola bilər;
  3. İştirakçılar onlayn və ya postal mail vasitəsilə qeydiyyatdan keçə bilərlər;
  4. VACİB: Onlayn şəkildə esselərini göndərən şəxslər saytın onlayn qeydiyyat səhifəsinə getməli və lazımi addımları yerinə yetirməlidirlər. İyun ayının 15-i – son tarixə qədər – sayta müraciət edənlərin sayı çox olduğu üçün serverdə gecikmələr baş verə bilər. Bu səbəbdən də daha tez qeydiyyatdan keçməyinizi təklif edirik;
  5. Postal mail ilə qeydiyyatdan keçənlərin üz qabığında olmalı olanlar:
    ▪︎ Ad
    ▪︎ Kateqoriya (uşaq və ya gənc)
    ▪︎ 2020, 15 iyuna əsasən yaş
    ▪︎ Cins
    ▪︎ Milliyyət
    ▪︎ Ünvan
    ▪︎ E-mail
    ▪︎ Telefon nömrəsi
    ▪︎ Məktəb nömrəsi (məktəblidirsə)
    ▪︎ Essenizin adı
    ▪︎ Dil
    ▪︎ Söz sayı;
  6. Müəllimlər şagirdləri üçün toplu müraciət edə bilərlər. Ətraflı oxumaq üçün sayta keçid alın.
  7. Esselər orijinal və indiyə qədər heç yerdə çap edilməmiş olmalıdırlar.
    Plagiatlıq üzə çıxarsa iştirakınız ləğv ediləcəkdir.
  8. Esse bir şəxs tərəfindən yazılmalıdır. Birgə iş qəbul edilmir;
  9. Essenin müəlliflik hüquqlarını təşkilatçılar qoruyur;
  10. Əgər sualınız yaranarsa saytın FAQ bölməsinə göz atın.

SON TARİX:
Ölkənizin yerli vaxtı ilə 2020-ci il 15 iyun 23:59-a qədər esselər qəbul edilir.

Link : Keçid et

Gülər Nursu © yapon.az 2020


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.