Yo minna! Yenə sizə qucaq dolusu xəbərlə gəlmişəm. Bugünkü yazım, mövzusu müxtəlif əsərlərdən götürülmüş tammetrajlı anime filmlər haqqındadır.

Anime pərəstişkarlarının da aşina olduğu məhşur “Studio Ghibli”nin bəzi animelərinin ingilis və amerikalı yazıçıların əsərləri əsasında çəkildiyini bilirdinizmi? Sizi bilmirəm, amma mən ilk dəfə eşidəndə çox təəccüblənmişdim (cənab Yabatan demiş: “bikkuğişitaaa” 😂). Əvvəllər eşidəndə sadəcə birinin elə olduğunu düşünmüşdüm, sonra isə bu məsələni araşdırmağa başladım və gördüm ki, məsələ elə deyilmiş, minna🧐. Bəs bu hansı anime filmlərdir? Keçək bu haqda danışmağa;

1. 2004-cü ildə anime dünyasına öz möhrünü vuran, möhtəşəm sujet xətti, çəkilişilə bizi valeh edən “Studio Ghibli”nin ən məşhur anime filmi hesab edilən “Haulun yeriyən qalası 🏯” (ing. “Howl’s Moving Castle”, yap. ハウルの動く城) əslində, 1986-cı ildə britaniyalı yazıçı Diana Vin Consun (Diana Wynne Jones) eyniadlı əsəri əsasında çəkilmişdir;

2. “Xatirələrdəki Marni 💭” (ing. “When Marnie Was There”, yap. 思い出のマーニー). 2014-cü ildə ekranlaşdırılan, psixoloji, mistik və dram janrlarında olan bu anime britaniyalı yazıçı Joan G. Robinsonun 1967-ci ildə yazdığı eyniadlı əsəri əsasında çəkilmişdir. Animenin mahnısı isə Priskilla Ahnın (Priscilla Natalie Hartranf) ifasında “Fine On The Outside”dir;

3. “Meri və cadugərin gülü 🌸” (ing. “Mary and the Witch’s Flower”, yap. 思メアリと魔女の花). 2017-ci ildə yayımlanan bu anime, britaniyalı yazıçı Meri Stüartın (Mary Stewart) 1971-ci ildə yazdığı “The Little Broomstick” (“Balaca süpürgə(çubuğu)”) adlı əsəri əsasında çəkilmişdir. Onu da qeyd edim ki, bu anime “Studio Ghibli”nin dəstəyi əsasında yaradılan, “Studio Ponoc” tərəfindən ekranlaşdırılıb;

4. “Yerdəniz nağılları 🌊”(ing. “Tales from Earthsea”, yap. ゲド戦記) animesi 2006-cı ildə yayımlanmışdır. Əsasını amerikalı yazıçı Ursula K. Le Guinin “Earthsea” adlı silsilə əsərindən götürmüş bu animedə yazıçının 3-cü və 4-cü kitablarındakı mövzu və personajlar yer almışdır.

kitab

5. “Arriettinin sirli dünyası 🌍” (ing. “The Secret World of Arrietty”, yap. 借り暮らしのアリエッティ) animesi britaniyalı yazıçı Mari Nortonun (Mary Norton) 1952-ci ildə yazdığı, uşaqlar üçün fantaziya, “The Borrowers” (“Borcalanlar”) adlı əsəri əsasında çəkilmişdir. İki dəfə filmi, bir dəfə də serialı çəkilmiş bu əsər sonda Miyazakinin toxunuşu ilə animeyə çevrilmişdir. Mövzü etibarilə əsərlə eyni olan anime 2010-cu ildə ekranlaşdırılmışdır. Animenin mahnısı məhşur fransız ifaçısı Sesil Korbel (fr. Cecile Corbel) tərəfindən yaponca ifa edilmişdir. Mahnının adı isə “Arrietty’s Song”dur.

Animenin adı ilə bağlı bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Yapon dili anlayışı olan anime pərəstişkarlarının da fikir verdiyi kimi, animenin adının azərbaycancaya tam tərcüməsi yoxdur. Ümumiyyətlə, yapon dili lüğətində “kariquraşi” sözü yoxdur. Bu ad xüsusi olaraq animeyə uyğun yaradılmışdır. Hərfi tərcümədə mənası isə “borc götürərək yaşayan” deməkdir.

Ümid edirəm, bu dəfəki yazımla da sizin marağınızı cəlb edə bilmişəm. Sağ olun, minna! 🤗⛩️

Xəyalə Əlizadə © yapon.az 2020
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.