Yaponiyalı yeniyetmə “uşaqlar üçün oyun məhdudiyyəti” haqqında tərtib edilmiş qaydaları məhkəməyə verməyə hazırlaşır. 17 yaşlı yeniyetmə Kaqava prefekturasında yaşayır və Kaqavada tərtib edilən qaydalar toplusundakı “yeniyetmələr gündə 1 saat, məktəb tətillərində isə gündə 90 dəqiqə oyun oynaya bilər” qaydası haqqında məhkəməyə müraciət edəcəyini bildirib. Qaydalarda, həmçinin, “12-15 yaşındakı uşaqların saat 21:00-dan, 15-18 yaşlı yeniyetmələrin isə saat 22:00-dan sonra smartfon istifadə etməməli” olduğu bildirilir.

“Nə vaxtda qədər uşaqların smartfonu necə işlədəcəyinə, ya da neçə saat oyun oynayacağına ailələr yox, dövlət qərar verəcək? Bu qərarın heç bir elmi əsası yoxdur, sadəcə deyirsiniz ki, çox oyun oynamaq tərbiyəmizə pis təsir edə bilər, ya da asılılıq yarada bilər. Tərbiyəyə əsl təsir edən məktəbdəki pis hadisələr ola bilər, otağında sakitcə oyun oynamaq yox. Bəzi parklarda futbol oynamaq, bəzilərində isə ümumiyyətlə, topla oynamaq qadağan edilib. Bəs biz necə əylənək axı?”

Yeniyetmənin səsləndirdiyi bu fikirləri dəstəkləyənlər var və artıq 600-dən çox adam qaydalara yenidən baxılması haqqında petisiya imzalayıb. Valideynlər də hadisəyə birmənalı yanaşmır. Bəziləri oyunlardan asılılığın çoxalmaması üçün belə qaydaların olmasının tərəfdarıdır, bəzilər isə qərara məhəl qoymur.

Qeyd edim ki, bu qayda birmənalı şəkildə qanun funksiyası daşımır. Cəza, cərimə kimi hallardan söz gedə bilməz. Sadəcə  “ailə və övladların fəaliyyətinin idarə edilməsində məsləhət və qaydalar” kimi tərtib edilmişdir.

Yaponiyada 2017-ci ildə yeniyetmələr və onların valideynlərinin gün ərzində mobil cihazlardan istifadəsinin orta göstəricisinə görə; valideynlər gündə təxminən üç saat (176 dəqiqə) mobil cihazlardan istifadə ediblər, bunun yalnız təxminən 43 dəqiqəsi iş üçün istifadə olunub. Halbuki yeniyetmələr mobil cihazlardan gün ərzində 258 dədiqə istifadə ediblər. Onun sırf təhsil üçün istifadə olunan müddəti isə 18 dəqiqə çəkib.

Yeniyetmələr Yaponiyanın telefon sənayesinin hərəkətverici qüvvəsidir. Xüsusilə qısa mesajları göndərməyi çox sevirlər. Bir çoxları üz-üzə danışmaqdan daha çox mesaj qəbul etmək və göndərməyin əyləncəli olduğunu iddia və nadir hallarda mobil telefondan danışmaq üçün istifadə edirlər.

Gülər Nursu © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.