Saitama prefekturası, Kavaqoe kəndində yerləşən Saimyouci Buddist məbədi 800 illik tarixə malikdir.

Senda Akihiro

Hazırda məbədin baş keşişi Senda Akihiro-dur. O, məbədin 57-ci baş keşişidir. Atasından sonra bu statusa sahib olmaq üçün 2 il Hindistanda Buddizm təhsili alıb. Senda bildirir ki, o, məbədi bütün hamı üçün istifadəli hala gətirmək istəyir. Yapon, ya da xarici, Buddist, ya da başqa dinin sahibi, fərq etmir – bu məbədin qapıları hər kəsə açıqdır.

Bu günə qədər məbəd onunla əlaqədə olmayan şəxslərin nigahını bağlamırdı. Lakin aprel ayında məbəddə əsaslı dəyişikliklər baş verdi. 2020, 1 apreldən etibarən Saitama prefekturası rəsmi olaraq eynicinslilərin nigahını tanıdı. 12 bələdiyyədə həyata keçirilə biləcək nigahları, artıq həm də Saimyouci məbədində keçirmək mümkündür. Senda bildirib ki, insanların seçimlərinə qarışmayaraq onların istədiyi tərzdə kiçik mərasimlər keçirə bilərlər. Bu qərardan sonra Saimyouci məbədi (Kyoto, Şunkoin məbədindən sonra) Yaponiyada LGBT-ni açıq şəkildə təbliğ edən ikinci məbəd statusuna sahib olub. Məbəddə hətta göyqurşağı rənglərində təsbeh, muncuqlar da yer alır.

Gülər Nursu © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.