Yaponiyada tapılan balina məzarları və abidələri haqqında:

Qədim vaxtlarda Yaponiya sahillərində yerləşən kəndlər üçün balina çox əhəmiyyətli və nadir qida mənbəyi idi. Uğurlu bir balina ovu bütün kəndi doyuzdura bilirdi. Yaponlarda bunla bağlı atalar sözü də var: “Bir balina 7 kəndi / sahili dirçəldər”.

Yaponiyada tapılan balina məzarları (kucira haka; 鯨墓) və abidələrinin (kucira işibumi; 鯨碑) yerlərini göstərən xəritə.

Yaponiyada balinalarla bağlı bir çox məbəd, abidə, məzar, əfsanə tapmaq mümkündür. Yaponlar balinaları məməli kimi yox, balıq kimi qəbul edirdilər və balıqçılıq tanrısı Ebisunun elçiləri olduqlarını hesab edirdilər. Ona görə də keçmişdə yapon balıqçılar özləri ilə Ebisunun balinalı təsvirlərini aparırdılar ki, bəlkə balıqları idarə etmək gücü qazana bildilər. Sahilyanı kəndlərdə balina çox dəyərli qida mənbəyi idi. Bir balina ovu bütöv kəndi aclıqdan xilas edə bilərdi. Balinalar sahilə nadir hallarda yaxınlaşdıqlarından yaponlar bunu tanrının hədiyyəsi kimi qəbul edirdilər və hətta ehtiram kimi balinalar üçün məzarlar və abidələr təşkil edirdilər (gördüyünüz kimi məzar və abidələr sahilyanı bölgələrdədir).

Bir çox balina abidəsinin arxasında hekayə dayanır. Məsələn, Karakuva qəsəbəsindəki əfsanəyə görə bir gəmi fırtınanın ortasında batmaq üzrə ikən iki böyük ağ balina gəmiyə yanaşıb və limana kimi aparıbdılar. Həmin gündən sonra qəsəbə sakinləri balina əti yemək adətindən əl çəkib.

Qərbi Yaponiya mifologiyasında isə hətta bakekucira (化鯨; “kabus balina”) adlı mifik varlıq da var. Əfsanəyə görə təkcə skeletdən ibarət bu varlıq göründüyü yerlərə lənət və uğursuzluq gətirib.

Aşağıda göstərilən şəkildə olan abidə Tokioda qoyulub və real hadisəyə əsaslanır. Belə ki, 1798-ci ildə Şinaqava körfəzində peyda olan 16,5 metr uzunluğunda balina yerli əhalinin böyük təəccübünə səbəb olub. Balina o qədər danışılmışdı ki, bəzi məşhur ukiyo-e sənətçiləri bu hadisə haqqında işlər hazırlayıb. Balina ovlanandan sonra sümükləri üzərində Tokioda məbəd inşa edilib və daş abidə qoyulub.

Çox maraqlıdı ki, Yaponiyada sadəcə balinaların deyil, digər dəniz canlılarına dair də məzar və abidələr tapılıb. Qızılbalıqlar, ankvillər, dəniz şirləri, delfinlər və s. İndiyə kimi Yaponiyada bu cür 630 abidə tapılıb ki, əsl sayın bundan da çox olduğu güman edilir. Aşağıda göstərilən şəkil isə Miyaqi prefekturası, Matsuşimada yerləşən Zuyqan məbədində ankvilə qoyulmuş məzar daşıdır (鰻 heroqlifi ankvil deməkdi).

Əslində çox maraqlı mövzudur. Mövzu ilə bağlı maraqlananların Mayumi İtonun “The Japanese Culture of Mourning Whales” kitabını oxumalarını şiddətlə tövsiyə edirəm.

Serkan Şentürk © yapon.az 2020


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.