Tamanın (たま- sözügedən pişiyin adı) şirin çöhrəsi və fotogenik xüsusiyyətləri onu Kişiqava qatar stansiyası sərnişinləri arasında məhşur etməklə yanaşı, stansiyanın “pişik rəis”i vəzifəsinə qədər ucaldıb.

Yaponiyanın İdakso qatar stansiyasında parlaq bir may səhəri, Günəş şüalarının altında ala-bula rəngləri daha çox gözə çarpan körpə pişik balasının stansiya sərnişininin qollarında miyovuldaması və stansiya işçilərini də özünə cəlb etməsi…

“Bəzən onun mənim müdirim olduğunu unuduram.”

Ucadılmış məbədləri və müqəddəs ziyarətgah yolları ilə məhşur ölkənin dik yamaclı, dağlıq və dərin dərəli ərazilərinin kəsişməsində, Yaponiyanın Vakayama prefekturasında yerləşən Kişiqava qatar xəttini xilas edən, qatarın fəaliyyətini bərpa edən Yontama ilə tanış olun!

Hekayənin başlanğıcı 🐾

Yontama ilə tanış olun! Foto: Rob Goss
Yontama ilə tanış olun! Foto: Rob Goss

Bu hekayə 1990-cı illərin sonunda Tama adlı körpə kaliko (basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya nağışların olduğu pişiklər beləadlandırılır. Bir pişik cinsini deyil, rəng şablonu təyin etmək məqsədilə işlədilir) pişiyilə başladı. Körpə pişik, vilayət sakinlərini bölgənin mərkəzi olan Vakayama şəhərinə bağlayan 14 stansiyadan ibarət 14.4 km-lik qatar xəttinin sonu – Kişiqava stansiyasının yaxınlığında yaşayırdı və mütəmadi olaraq dəmiryolu sərnişinlərilə əylənir, onların sevgisini qazanmışdı. İllər keçdikcə Tamanın şirin təbiəti və fotogenik xüsusiyyətləri onu şəhər sakinləri arasında da məhşur edir və onu Kişiqavanın “stansiya rəisi” olaraq adlandırmağa başlayırlar. Lakin 2000-ci illərin ortalarında mailiyyə problemləri səbəbindən dəmiryolu xəttinin bağlanması təhlükəsi yaranır və 2006-ci ildə 14 stansiyanın fəaliyyəti dayandırılır.

Ancaq xoşbəxtlikdən bu, dəmiryolu xəttinin və sevimli pişiyin sonu deyildi. 2006-cı ildə Vakayama Elektrik Dəmiryolu şirkətinin hazırkı rəhbəri Mitsunobu Kojima sakinlərə rəhbər dəyişikliyi ilə əlaqəli məlumat verdikdən sonra Kişiqava stansiyasının yenidən canladırılması üçün fəaliyyətə başladı. Vakayama Elektrik Dəmiryolu şirkətinin rəhbəri Yamaki işdən ayrılmadan öncə dəmiryolu xəttinə Tamanın nəzarət etməsini istədi. “Rəhbərimiz həmişə daha çox itləri sevib, amma Tama ilə tanış olduqdan sonra bir pişik sevdalısı oldu”, – deyə Yamaki bəhs edirdi.

Böyük məmnuniyyətlə Tamanı qəbul edən yeni rəhbər Mitsunobu Kojima bir müddət sonra sevimli pişiyi üçün xüsusi hazırlanmış stansiya rəisi papağı sifariş edir və 2007-ci ilin yanvar ayında, Yaponiyanın ilk pişik stansiya rəisi olacaq, Tamaya rəsmi olaraq “Kişiqava stansiyasının rəisi “ adını verir.

Tamaden dəmiryolundakı vaqonlar pişik bığları, Tamanın şəkilləri və pəncə izləri ilə bəzədilib. Foto: Rob Goss
Tamaden dəmiryolundakı vaqonlar pişik bığları, Tamanın şəkilləri və pəncə izləri ilə bəzədilib. Foto: Rob Goss

Stansiya rəisi olaraq Tamanın vəzifələrindən bir neçəsi stansiyanın siması olmaq, tanıtma materialları və mediada yer almaq, bəzən bilet masasından, bəzən də öz “kabinet”inin pəncərəsindən sərnişinləri salamlamaq, yataq və zibil qabının kənarında durub onları izləmək idi. Tama sərnişinlər və stansiya işçiləri tərəfindən o qədər sevilirdi ki, onun boyalı portreti vəzifədə olduğu Kişi stansiyasının hədiyyəlik əşya dükanında hələ də asılı vəziyyətdə durur. Dükanı ziyarət edənlər hətta Tama təsvirli döş nişanları, açarcıqlar və Tama şəkərləri də ala bilərlər.

Tama tünd göy rəngli və gipürlü mərasim geyimində
Tama tünd göy rəngli və gipürlü mərasim geyimində

“Maaş” əvəzinə Tama doyunca pişik yeməklərilə bəslədilirdi. 2008-ci ildə 2 illik iş təcrübəsindən sonra Tamanın vəzifəsi artaraq “Super Stansiya Meneceri” olur və hətta o, prefekturanın qubernatoru tərəfindən cəngavər olaraq qəbul edilir. Bu hadisədən sonra Tamaya tünd göy rəngli və gipürlü mərasim xalatı geyindirilir, minlərlə turist onu görmək üçün kiçik və tək platformalı stansiyaya gəlməyə başlayır.

Yaponiyanın Kansai Universiteti Mühasibatlıq Məktəbinin professoru Katshiro Miyamoto tərəfindən 2008-ci ildə aparılan araşdırmaya görə, Tamanın stansiyada fəaliyyət göstərməsi təkcə 2007-ci ildə 55 mindən çox sərnişin cəlb edib və bu gözləniləndən çoxdur. 2007-2015-ci illər müddətində stansiya rəisi Tama yerli iqtisadiyyata 1.1 milyard yenə qədər töhfə vermişdir.

Bölgə əhalisinin Tama pərəstişkarlığından yararlanaraq dəmiyolu şirkəti 2010-cu ildə qatarın daxilində və xaricində Tama görünüşlü təsvirlər yaratmaq üçün mükafatçı sənaye dizayneri Eiji Mitookayı dəvət etdi və ” Tamaden” adlı yeni dəmiryolu stansiyası doğuldu.

Minlərlə insan onun cənazəsinə qatılır, çiçək dəstələri və tuna balığı konservləri qoyurlar
Minlərlə insan onun cənazəsinə qatılır, çiçək dəstələri və tuna balığı konservləri qoyurlar

Tama 2015-ci ildə, 16 yaşında ürək çatışmazlığından vəfat edir və Yaponiyanın ən nüfuzlu Tv prqramları, qəzet, jurnallarında onun haqqında danışılırdı . Stansiyada minlərlə insan onun cənazəsinə qatılır, çiçək dəstələri və tuna balığı konservləri qoyurdular. “Möhtərəm Əbədi Stansiya Rəisi”, indi də adlandırıldığı kimi, daha sonra Kişi platformasında yerləşdirilmiş, kibrit qutusu boyda məbədciklə anılmağa başlandı. Şinto dininin ənənəsinə uyğun olaraq,  Tama “Vakayama Elektrik Dəmiryollarının Tanrısı” statusuna qədər yüksəldi. 2017-ci ildə Tamanın 18-ci doğum günü şərəfinə xatirə olaraq “Google Doodle”ı belə vardı. Ölümündən 4 il sonra tvitter hesabında 80 mindən çox izləyicisi var və hələ də artmaqdadır.

Tamanın 18-ci doğum günü şərəfinə “Tama” mövzulu Google Doodle (2017)
Tamanın 18-ci doğum günü şərəfinə “Tama” mövzulu Google Doodle (2017)

Hal-hazırda Tamanın köhnə “şagirdləri”ndən ikisi, səkkiz yaşlı Nitama (sözün əsl mənasında iki Tama ) və 4 yaşlı Yontama (yəni dörd Tama) 5 stansiyada pişik assistant olaraq fəaliyyət göstərirlər. Hər ikisi də həftənin 2 günü tətil olmaqla, gün ərzində saat 10:00-dan 16:00-dək işləyirlər. Yontama həftənin bazar ertəsi və cümə günlərini, Nitama isə həftənin çərşənbə və cümə axşamı günlərini istirahət üçün ayırırlar. Bəs üçüncü Tama nə edir? O, hal-hazırda Yaponiyanın Okayama Elektrik Tramvayının əməkdaşıdır və Okaden muzeyinin direktoru vəzifəsini icra edir. 🐾

Tamanın digər xələfi Nitama iş başında
Tamanın digər xələfi Nitama iş başında

Tama və onun xələfləri Kişiqava xəttinin yenidən canlanmasında önəmli rol oynasalar da, Yamaki dəmiryolunun yenidən canlanmasında təkcə pişiklərin rolu olmadığını qeyd edirdi. Dəmiryolunun dizayneri daha çox turist cəlb etmək üçün çiyələk (İçiqo denş(y)a) və ərik turşusu (Umeboşi denşya) təsvirləri olan vaqonları kirayələmişdi. Hər iki meyvə Vakayama bölgəsinin ən məhşur meyvələridir.

2009-cu ildə dizayner Mitooka Kişi stansiyası üçün Tamanın başı şəkilində bina tikdirdi. Binanın damı Tamanın qulaqları, girişi Tamanın ağzı və oval pəncərələr isə Tamanın gözlərinə bənzəyirdi. Gecələr işiqlar yanarkən oval pəncərələr işıq saçaraq sarı rəngə boyanırdı.

Məhz baş verən bu və buna bənzər hadisələr sayəsindədir ki, tarix boyunca pişiklər mənəvi canlılar və Yaponiyanın uğur simvolu olaraq qəbul edilir. Məhşur Maneki Neko pişik heykəlciklərinin “sol əli ilə əl salamlaması” ifadəsinin şirkətlərə böyük qazanc gətirdiyini bir çoxları söyləyir. Elə ona görədir ki, bu heykəlciklər Yaponiyada hətta bütün dünyada vitrinlərdə yer alıb. Bundan başqa, Yaponiyada pişiklərə həsr olunmuş türbələr və heykəllər də var. Kaqoşimadakı Nekoqami (Pişik Tanrısı) ziyarətgahı iki pişiyin hərbi xidmətlərinin feodal şərəfinə onların sərkərdəsi tərəfindən müqəddəsləşdirilib. Pişiklərin sərbəst yaşadığı 10-dan çox pişik adalarının, Tokioda pişik kafelərinin mövcudluğu turistlər üçün cəlbedicidir.

Aytən Səfərova © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.