Salam millət! Bu gün sizlərə retro animedən danışacağam! Maraqlıdır?! Onda başladıq!

Yaponiyada çoxlarının bildiyi, ancaq yeni nəslin o qədər də xəbəri olmadığı bu animemizin adı “Hime çan no ribbon”dur (姫ちゃんのリボン/ “Hime çanın bantı”). Anime 1992-ci il oktyabrın 2-də yayımlanmışdır. Prodüseri “Nihon Ad Systems” olan, “Studio Gallop” tərəfindən ərsəyə gələn bu animenin janrı fantastika, sehr, romantizm, məktəb, şouco (ing. shoujo) və komediyadır😉. Ümumilikdə, 61 seriyadan ibarətdir. Əladır elə deyilmi? Aha! Aha! Bilirəm! 😌 Belə, dostlar! İndi isə keçək animenin mövzusuna! (Geetdik!)

Pokota xarakteri. "Himenin lenti" animesi
Pokota xarakteri. “Himenin lenti” animesi
Kon xarakteri. "Bleach" ("Bliç") animesi
Kon xarakteri. “Bleach” (“Bliç”) animesi

Sehirli dünyanın şahzadəsi olan Erika (Ah! Yazıq Erika çan…) taxtdakı haqlarını qoruya bilmək üçün özünün yaratdığı “sehirli bantı 🎀” insanların dünyasında, eynilə özünə oxşayan bir qıza bir il müddətinə istifadə etməsi üçün verir (Gəlsin fəlakətlər 😀). Bu qız da 14 yaşında, çox enerjili, hiperaktiv, oğlansayağı bir qız – Himeko Nonoharadır! Olduqca məsuliyyətsiz davranan Himeko çana (eynilə Usagidi elə bil 😀 ) uşaq vaxtlarından bəri, heç vaxt yanından ayırmadığı bir dənəcik oyuncağı şir Pokota (ponçik Pokota çuuuaaan! 😍) və sevimli, avara Daiçi (şirinim uf!) yoldaşlıq edəcək 😉. Sizcə, romantika olacaq, yoxsa yox? 😀

Millət, marağınız yarandısa baxmağınız məsləhətdir! Hime çan demiş, “İke, ike! Go, go! Juuuump!” 🤗(İrəli! İrəli!)

Genkina (enerjik) kimi (səni) qa suki (sevirəm), akai (qırmızı) ribon (lent)…lalalalalaaaa….
Necə? Mahnısı?! Anladım! Aşağıdakı qeydə baxın ↓ 😀

Qeyd: Açılış musiqisi “Eqao no genki”, SMAP qrupu 😉 

Xəyalə Əlizadə © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.