yapon.az, bu gün üçün ən yadda qalan maraqlı hadisələri təqdim edir:

5 may Yaponiyada 子供の日🎏 “uşaqlar günü“dür. Çin təqvimində bu bayram 10-cu ayın 5-i qeyd edilirdi. Yaponiya yeni təqvimə keçdikdən sonra isə may ayının 5-i qeyd edilməyə başladı. Bu bayramın ən əsas simvollarından biri şəkildə gördüyünüz 鯉のぼり – “koinobori“-dir. Üstdə olan qara atanı, qırmızı ananı, sonuncu isə oğul övladını bildirir. Bayram əvvəllər “oğlanlar günü” kimi qeyd edilirdi və 3 mart keçirilən “qızlar bayramı“nın ekvivalenti sayılırdı. Lakin daha sonra “oğlanlar” sözü “uşaqlar“la əvəz edildi. Koinoborilərə evdəki uşaqların sayına – həm qız, həm oğlan – uyğun olaraq fərqli rənglər əlavələr də edilir.


Yaponiyadakı uşaqların sayı 1950-ci ildən sonra ilk dəfə özünün ən aşağı səviyyəsinə çatıb. Aprel ayının 1-i 15 yaşdan aşağı vətəndaşların sayı 15.12 milyon olaraq hesablanıb. Bu say keçən ildən 200.000 nəfər azdır. İlin sonuna doğru uşaq sayının artımında elə də ciddi irəliləyiş olacağı gözlənilmir.


4 may 10 p.m rəsmi xəbərlərinə əsasən Yaponiyada 179-u yeni olmaqla covid19 virusuna yoluxanların sayı 15.261, 20-si yeni olmaqla ölənlərin sayı 556-ya çatıb.


May ayının 10-unda ilk görüşü keçirilməli olan 15 günlük Grand Sumo yarışının bu il üçün təxirə salındığı açıqlanıb.


BLOCK.FESTIVALın təşkilatçılığı ilə bu gün Yaponiya saatı ilə saat 2-dən etibarən şəkildə gördüyünüz sənətçilər Line Live-də canlı konsert verirlər. Hələ də davam edir konsert – cədvəl üçün sola sürüşdürün. Təəssüf ki, app ölkəmizdə aktiv deyil, amma blockfes.com saytından keçid əldə edə bilərsiniz.

Gülər Nursu © yapon.az 2020


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.