yapon.az, bu gün üçün ən yadda qalan maraqlı hadisələri təqdim edir:

Meiji Gakuin universiteti 12.000 tələbəsini 50.000 yen ilə təmin edib (təxminən 500 ABŞ dolları). Mayın sonuna qədər online dərslərdən yararlanacaq olan tələbələr ehtiyaclarının müəyyən qismini bununla təmin edə biləcəklər.

Meiji Gakuin

Tokyoda covid19 virusundan əziyyət çəkən, lakin yüngül simptomplara malik xəstələrin otellərə yerləşdirilməsinə başlanılıb. Otellərin lobbilərində xəstələri qarşılayan robotlar isə həftənin 5-ci günündən istifadəyə verilib. Pepper adlanan robotlardan biri xəstələri qarşılayır, maskalarını geyinməkləri üçün onlara təlimat verir. “Ümid edirəm ki, tezliklə xəstəlikdən xilas olacaqsınız” robotun əsas bazasına bu cümlə də əlavə edilib.


Məhşur manga/anime “One-Punch Man”-in Hollywood tərəfindən filminin çəkiləcəyi açıqlandı. Prodüserlərin Avi və Ari Arad olacağı bildirilib. Onlar özlərinin “Ghost in the Shell”, “Spider Man : Spider verse”, “Iron Man”, “Daredevil” kimi işləri ilə tanınırlar. Dünyaşöhrətli manganın film heyəti açıqlanmayıb. Fanların reaksiyaları: “Xahiş edirəm, Hollywood, bizə bu pisliyi eləmə!
Axı niyə hər manganın, animenin filmini çəkmək istəyirsiniz? Bu sizdə alınmır” “Nicolas Cage oynasa maraqlı olar”

One-Punch man

Bu həftə Netflix, ‘Hi Score Girl’ animasyasının 2-ci hissəsini yayımlayıb. İkinci hissə birinci hissədən daha çox maraqla qarşılanıb. Anime eyniadlı manqa əsasındadır.


Pandemiya ilə əlaqədar olaraq aprel ayında yayımlanması təxirə düşmüş doramalar:
1. Miman Keisatsu (eng Detective Novice) – NTV
2. Futatsu kao no Fukushuusha (eng Path of the Dragon) – FujiTv
3. Unsung Cindirella – FujiTv
4. Hakenno Hinkaku (eng The Prite of the Temp) – NTV
5. Hanzawa Naoki part 2 – TBS
6. Watashi no kaseifu Nagisa-san (eng My housekeeper Nagisa) – TBS
7. MIU 404 – TBS

Gülər Nursu © yapon.az 2020


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.