2020-ci ilin iyun ayında keçiriləcək, Yaponiyanın 3 ən böyük festivalı koronovirusun yayılması ilə əlaqədar olaraq təxirə salınıb.

Yağış mövsümünün təsadüf etdiyi iyun ayı hər il Yaponiyada qaçıra bilmədiyiniz 3 möhtəşəm festival keçirilir. Bunlardan birincisi Yosakoi Soran Rəqs festivalıdır. Yosakoi ソ ー ラ ン 祭 り iyun ayının əvvəlində Hokkaido, Sapporo şəhərində keçirilən illik festivaldır. İlk dəfə 1992-ci ildə keçirilən və miqyası hər il daha da böyüyən festival ildə 2 milyondan çox ziyarətçi cəlb edir. Festivalda Yosakoi rəqs (əsli Koçi prefekturası) və Soran Buşi (Hokkaido ənənəvi musiqisi) nümayiş olunur. Festivalda 300-ə yaxın komanda iştirak edir, bir neçə mərhələdə çıxışlar olur və şəhər boyu paradlar keçirilir. Bu il festival COVİD-19 səbəbilə təxirə salınıb.

sanno festival
Sanno festivalı.

Hər il iyun ayında Hie məbədində keçirilən Sanno festivalı (山 王 ま つ り) Tokionun əsas şinto festivallarından biridir. Bütün festival iyunun əvvəlindən ortasına qədər 11 gün davam edir. Bu təmtəraqlı, tarixi festival Yaponiyadakı üç möhtəşəm festivaldan biri hesab olunur. Edo dövründə (1603-1867) mikoşi adlanan portativ ziyarətgahlar Edo Qalasının ərazisinə buraxılırdı. Tokuqava İemitsu ilə başlayaraq Yaponiyanın digər şoqunları (hərbi komandirləri) festivalda iştirak və ibadət ediblər. O vaxtlar festival Tenka adlanırdı və olduqca möhtəşəm bir hadisə idi.

Müxtəlif şənliklər 11 gün davam etdiyi üçün hər an yeni bir şey görmək mümkündür. Tədbirlərə, imperator sarayının təhlükəsizliyi və ölkədə sülh üçün dualarının oxunduğu tarixi, əhəmiyyətli bir mərasim də daxildir. Şinto musiqi və rəqsi, Sanno nağara ifası, eləcə də müxtəlif milli geyimlər geyinmiş gənclərin paradı kimi ənənəvi əyləncələr də festivala rəng qatır.

Bu il festivalın təxirə salınacağı açıqlanıb.

Otaue Rice Planting Festival
Otaue düyü əkilməsi festivalı

Otaue düyü əkilməsi festivalı (御 田 植 神 事) Yaponiyanın ən tarixi və əhəmiyyətli ziyarətgahlarından biri olan Osakadakı Sumiyoşi Taişa məbədində iyun ayının ortalarında keçirilir.

Üçüncü əsrdən başlayan qədim bir ənənəyə görə, zəngin düyü məhsulu üçün dua etmək festivalın əsas qayəsidir. Festivalda ənənəvi rəqs performansı ilə çəltiklərin əkilməsi nümayiş olunur.

Festivalın təxirə salınacağı və ya növbəti aylarda keçiriləcəyi haqqında açıqlama verilib.

Sevinc Nur © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.