Yaponiya onu öz ölkəsinə dəvət etdiyi zaman Eynşteyn öncə Yaponiyaya səfər barəsində tərəddüd edib. Bəs onun bu fikrini dəyişdirən, Yaponiyaya getməsinin arxasında hansı məqamlar var idi?

Eynşteynin 1922-ci il Uzaq Şərq səyahəti zamanı tutduğu gündəliyinə istinadən;

Həmin ilin yay aylarında sağçı partiyasının üzvü, tanınmış alman yəhudisi, həmçinin, Almaniyanın xarici işlər naziri olan Valter Ratenaunu güllələnir, solçu (yəhudi) olan Eynşteyn isə növbəti hədəfin özü ola biləcəyi fikrini ağlından heç cürə ata bilmir. Hətta yaxın dostu olan Maks Plank da ona məsləhət bilir ki, Berlində olmaması daha məqsədə uyğundur. Eynşteyn də bu fürsəti dəyərləndirib yaponların təklifini qəbul edərək həyatını xilas etməyə cəhd göstərib. Bu arada qeyd etmək lazımdır ki, səfər əsnasında Yaponiyanın baş naziri Hara Key də sui-qəsd qurbanı olaraq həyatını itirib.

Albert Eynşteynin Yaponiya səfəri

Yaponiya səfərindən öncə Eynşteynin yaponlar haqqında fikirləri əslində çox da müsbət deyildi. O hətta onları bir dəfə “lənətəgəlmiş”“dələduz” adlandırmış, yaponların şəxsiyyətlərinin nataman olduğunu demiş, yapon qadınlara qarşı karikaturavari bənzətmələr etmişdi. Amma səyahət zamanı onun fikirlərində yavaş-yavaş müsbətə doğru dəyişikliklər baş verib. Yaponiyada təbiət mənzərələrinə, memarlığına vurulan Eynşteyn yaponların, gördüyü ən nəzakətli, hörmətli xalq olduğunu deyir, yapon qadınlarının isə xalqın ruhu olduğunu vurğulayıb. Amma yapon musiqisini ona sevdirmək heç cür mümkün olmur, Eynşteyn yapon musiqisini “baş gicəlləndirici musiqi” adlandırıb. 6 həftə ərzində Yaponiya haqqında fikirləri tamamilə dəyişib.

Albert və Elza Eynşteyn Yaponiyada: Eynşteynin Yaponiya səyahətinin xəritəsi.

Serkan Şentürk © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.