C(y)a nomimaşou! Kanpaaai!

Yaponiya içki içilən ölkədir. Spirtli içki içilməmişdən əvvəl bir neçə adətə fikir verilməlidir. Məsələn, heç vaxt özünüzə içki süzməyin; dostunuz və ya ev sahibi bunu sizin üçün etməlidir. Siz də öz növbənizdə onların qədəhlərini ağzına kimi doldurmalısınız… Tez-tez eşidəcəyiniz bir söz var: kanpai! (乾杯(かんぱい) hərfi tərcümədə “quru fincan”). Yapon dilində “şərəfə” mənasında işlədilir.

Qərbdən fərqli olaraq, sadəcə içki içmək üçün evdən çıxmaq mədəniyyəti Yaponiyada yoxdur. İçki demək olar ki, həmişə yemək və ya otsumami (yüngül qəlyanaltı) ilə müşayiət olunur. Otsumami adətən bir boşqab edamame (soya paxlası), surume (qurudulmuş, doğranmış kalmar) və ya arare (adı sözün həqiqi mənasında “qar topası” kimi tərcümə olunur, düyüdən hazırlanmış və soya souslu, kiçik ölçülü yapon kraker növü) şəklində olur.

kanpai2

Düyü şərabı Yaponiyanın milli içkisi olsa da, lager-pivə (alman pivəsi) ən populyar içkidir. Ümumiyyətlə, yapon dilində pivə ingilis sözü “beer”in katakana ilə yazılışı – ビール ⌈bi:ru⌉ şəklində işlənir. Geniş yayılmış markalara “Kirin”, “Sapporo”, “Suntory” və “Asahi” daxildir. Tərkiblərindəki spirt faizi orta hesabla 5-dir.

“Happoşu” ucuz olduğuna görə məşhur olan az malt pivədir. Aşağı malt tərkibi imkan verir ki, bu içkilər texniki olaraq pivə kimi təsnif olunmasınlar və beləcə, spirt vergisi azalır. Bu içkilər əsasən, supermarketlərdə və konbinilərdə satılır, restoranlarda nadir hallarda rast gəlinir. Bu, dadın “həqiqi” pivə qədər yaxşı olmadığı qənaəti ilə də əlaqəli ola bilər. Yeri gəlmişkən, tövsiyə üçün – ucuz mallar (damaqda bir az kobud) isti, amma keyfiyyətli markalar (güclü və təzə dadlı) yaxşı soyudulmuş içkilərdir.

Çətin zamanlarda məzənnə bir böyük pivə bakalının qiymətini bahalaşdırdıqda, yadda saxlamağa dəyər bir söz – nomihoudaidır (istədiyiniz qədər içmək). Ən yaxşı nomihoudai fürsətləri üçün ən yaxın izakayaya (yapon içki barı) baş çəkmək adətən, adambaşına 2000-3000 ¥ arasında dəyişir. Unutmayın ki, bütün qrup eyni razılığa gəlməlidir və ümumiyyətlə, bir və ya iki saatla məhdudlaşmalıdır!

Yaponiyada çuuhai konservləşdirilmiş içki növü də vardır (チ ュ ー ハ イ və ya 酎 ハ イ). Söz “shōchū highball” (焼 酎 ハ イ ボ ー ル) sözünün qısaltmasıdır. Ənənəvi çuuhai şooçuu (tərkibində spirti 45%-dən az olan, düyü (kome), arpa (mugi), şirin kartof (satsuma-imo), qarabaşaq yarması (soba) və ya qəhvəyi şəkərdən (kokutō), bəzən şabalıd, susam toxumu, kartof və hətta yerköküdən distillə edilmiş yapon içki növü) və limon ətirli qazlı suyun (soda) qarışığından hazırlanır, baxmayaraq ki, bəzi müasir ticarət variantları “şooçuu” yerinə araqdan istifadə edirlər. Onları “Lawsons”, “7/11”, “Circle K”, “FamilyMart” və ya bir restoran, bardan almaq mümkündür. 

"Suntory" şirkətinin çuuhai-ləri.
“Suntory” şirkətinin çuuhai-ləri

Viski yapon kişiləri arasında çox populyardır – “skotch” ən yaxşısı hesab olunur və çox axtarılır. Bir çox Yaponiya istehsalı olan viski indi Qərbdə populyarlıq qazanıb. Ən böyük iki marka “Nikka” və “Suntory”dir. “Yoiçi” və “Yamazaki” dünyanın ən yaxşı viskisi sayılır.

Xəyalə Əlizadə © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.