Yaponiya Tibb Bacıları Assosiasiyası hökumətə müraciət edərək koronavirusa yoluxmuş xəstələrə xidmətin riskli olduğunu nəzərə alaraq tibb bacılarının əmək haqqına əlavə ödənilməsini istəyib. Assosiasiya bu barədə məktubla Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunoboya müraciət edib.

Məktubda bildirilir ki, tibb bacıları COVİD-19-a yoluxan xəstələrlə həkimlərdən artıq vaxt keçirdiklərinə görə onların yoluxma riski də yüksəkdir.

Eyni zamanda, koronavirusa yoluxan xəstələrə qulluq edən tibb bacıları cəmiyyət tərəfindən diskriminasiyaya məruz qalırlar. İşdən sonra evlərinə geri dönərkən taksi sürücüləri onlara xidmətdən imtina edir. Məktəbəqədər müəssisələr isə onların uşaqlarını qəbul etmək istəmirlər.

Mənbə: AzerTag
© yapon.az 2020

Digər əlaqəli yazılar

Yaponiya hökuməti əhaliyə müraciət edib

Aprelin 17-də, Yaponiya hökuməti yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bütün ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etdikdən sonra, əhalidən qarşıdan gələn Qızıl Həftə tətil günlərində

Pikotaro və “Araşi”dən “əlləri yu” 🙂

“Pen-Pineapple-Apple-Pen (qısaltması PPAP/ “Qələm-ananas-alma-qələm”) mahnısı ilə tanınan komediya ustası Pikotaro (əsl adı Kazuhito Kosaka) və “Araşi” qrupu, koronavirus pandemiyası dövründə insanları əllərini yumağa təşviq edən mahnı yayımlayıblar.

Virus Sapporoda nəyi dəyişib?!

İndiyə kimi harda, hansı xəstəliyin meydana gəlməsindən, yayılmasından çox uzaq olsaq da, bu dəfə çox yaxında (şəxsən mən və ailəm) idik. Düzü, başlanğıcda yenə də ölkəmdə, baş verənlərdən uzaqda olmaq istəsəm, yenə hər şey bitdiyində ölkəmizdən yan keçəcəyinə inansam da, təəssüf ki, bu dəfə belə olmadı.

Leave a Reply

%d bloggers like this: