Hökumət koronavirusun yayılması ilə ölkədə yaranan iqtisadi böhranı yumşaltmaq məqsədilə Yaponiyanın hər bir sakinə birdəfəlik 100.000 ¥ (927 ABŞ dolları) ödəyəcəyini açıqlayıb. Bəs bu ödəmələri kimlər və necə ala biləcək? 

Yaşayış icazə kartının nümunəsi. Şəkil: Yaponiya İmmiqrasiya Bürosu
Yaşayış icazə kartının nümunəsi. Şəkil: Yaponiya İmmiqrasiya Bürosu

Bunun üçün verilə biləcək mümkün sualların cavablarını topladım.

Xarici vətəndaşlar yardımı ala bilərmi?
Təsadüfi yerə yuxarıda “hər bir sakin” sözünü mətndən ayırmadım. Məhz vətəndaş deyil, hər bir sakinin sözügedən yardımı alması mümkündür. Çünki hökumətdən nağd pul subsidiyası almaq hüququ “Əsas Yaşayış Reyestrinə” əsaslanır, yəni Yaponiyada yaşamaq hüququ olan bütün sakinlərin, o cümlədən, əcnəbilər də bura daxildir. Əgər ən azı 3 ay Yaponiyada yaşaymış və burada yaşamaq hüququ verən vəsiqəniz varsa, yerli bələdiyyə idarəsində ünvanınız qeydiyyata alınmışsa siz mövcud yardımı almağa uyğunsunuz.

Məhdudiyyət varmı?
Adambaşına birdəfəlik 100.000 ¥ subsidiyasını ala bilmək üçün yaş və gəlir məhdudiyyəti yoxdur.

Subsidiyanı necə alacam?
Yerli idarəetmə orqanı (şəhər, qəsəbə və ya kənd) tərəfindən poçtla sizə göndəriləcək ərizə formasını dolduraraq subsidiya üçün müraciət etməlisiniz. Ərizə forması Yaponiyadakı hər bir ailənin başçısının adına poçt vasitəsilə göndəriləcəkdir. Əgər tək yaşayırsınızsa, şübhəsiz ki, “ailənizin başçısı” sizsiniz.

Fırıldaqçılığın qarşısını almaq üçün “ailə başçısı”nın adı ərizə formasında əvvəlcədən göstəriləcəkdir. Əgər subsidiya almaq istəyirsinizsə, tələb olunan məlumatları, o cümlədən, subsidiyanın yatırılmasını istədiyiniz bank hesab nömrəsini bildirməlisiniz.

Şəxslərlə ünsiyyəti minimuma endirmək üçün, bir qayda olaraq, yerli idarə və ya şöbə ofisindən nağd şəkildə ödəniş ala bilməyəcəksiniz. Hökumət, bank hesabı olmayanların yerli idarələrdən nağd pul almalarına icazə verməyi planlaşdırır.

“My Number” İD kartınız varsa və şəxsiyyətinizi rəqəmsal olaraq təsdiqləyə bilsəniz, onlayn olaraq (Mynaportal) subsidiya üçün müraciət edə biləcəksiniz.

Nə vaxt subsidiya alacağam?
Baş nazirin müavini/ Maliyyə Naziri Taro Aso 17 apreldə təşkil etdiyi mətbuat konfransında hökumətin may ayından ödəmələrin başlanmasını istədiyini ifadə etmişdi. Lakin 100 min yen həcmində subsidiyalar, gəlirləri az olan ailələr üçün təsdiq edilmiş ilkin 300 min yen həcmində subsidiyaları ləğv edən son dəqiqə qərarı olduğundan, xərcləri ödəmək üçün əlavə büdcənin təsdiqlənməsi vaxt aparacaqdır. Bu səbəbdən, hökumətin may ayında ödəmələri həyata keçirə biləcəyi bəlli deyil.

Yeni plana əsasən, bir sakin üçün ödəniş 100 min yendir. Bu, məsələn, az gəlirli bir şəxsin əvvəlcə nəzərdə tutulduğu kimi 300 min yen deyil, yalnız birdəfəlik 100 min yen alacağını bildirir.

İki valideynləri və bir uşağı olan az gəlirli ailələr yenə də 300.000 ¥ (adambaşına 100.000 ¥) alacaqlar. Buna görə nağd subsidiyanın miqdarı dəyişməyəcəkdir.

Nağd subsidiya vergiyə cəlb edilirmi?
Xeyr, vergidən azaddır.

Nağd pul subsidiyasının məqsədi nədir?
Hökumət nağd subsidiyanın məqsədinin insanların dolanışıqlarını təmin etmək məqsədi daşıdığını bildirib. Fövqəladə vəziyyət 16 aprel tarixindən ölkə miqyasında genişləndirildiyi üçün insanların həyatına iqtisadi təsiri əvvəlcədən gözləniləndən daha geniş və dərin olacaqdır.

Hökumət bu xərcləri necə ödəməyi düşünür?
Yaponiya təqribən 126 milyon sakininin hər birinə 100.000 ¥ ödəyə bilmək üçün tələb olunan təxminən 12.6 trilyon yenin defisitini maliyyələşdirmək məqsədilə istiqrazlar buraxmağı nəzərdə tutur.


Qeyd edim ki, hər hansısa şirkət işçisi olan hər bir vətəndaş evdə qaldığı, evdən işlədiyi və ya uşağa baxmaqla əlaqədar olaraq evdə qaldığı halda maaşlarını almaqda davam edir. Bu zaman Yaponiya şirkətlərində işləyən xaricilər də onlarla eyni hüquqlara malikdir. Lakin az gəlirli, xüsusilə də saat başına, təhsil sahəsində çalışanlar, tələbələr üçün indiki vəziyyət heç də ürəkaçan deyildi.


Dəyişikliklər olarsa mütləq yenidən işlənərək sizinlə paylaşacağıq. Bizi izləməyə davam edin 😉
Sevinc Nur © yapon.az 2020

Digər əlaqəli yazılar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.