Hanami (花 見 – “çiçəklərin seyri”) çiçəklərin müvəqqəti gözəlliyindən zövq alan yapon ənənəsidir. Hanami dedikdə yaz fəslinin gəlişi ilə ağacların çiçəklənməsinin seyri nəzərdə tutulur. Bu halda çiçək (“hana”) demək olar ki, həmişə albalı (“sakura”) və ya daha az gavalı (“ume”) ağaclarına aid edilir.

yapon az

Mart ayının sonu və may ayının əvvəllərinədək albalı ağacları Yaponiyanın hər tərəfində çiçəklənir. Çiçəklənmə dövrü fevral ayının 1-də Okinava adasından başlayır və adətən mart ayının sonunda və ya aprel ayının əvvəlində Kioto və Tokioya çatır. Bir neçə həftə sonra Hokkaidoya çatır, yüksək hündürlüklərdə və şimalda olan ərazilərə doğru davam edir. Hər il Yaponiya Meteorologiya Agentliyi və TV xəbərləri vasitəsilə ictimaiyyətə sakura zensen (桜前線 – albalı çiçəyi cəbhəsi/ sahəsi) barədə məlumat çatdırılır. Yaponlar bu proqnozlara çox önəm verirlər və çiçəkləmə şənlikləri keçirmək üçün ailə və dostları ilə park, ibadətgah və məbədləri ziyarətə çıxırlar. Hanami festivalları (gecə və gündüz) bir çoxları üçün istirahət etmək və gözəl mənzərədən zövq almaq üçün bir şansdır.

Bəzi hallarda, festival üçün çin-yapon termini kimi kan’ō (観桜) istifadə olunur. Gecə vaxtı təşkil olunan festivallar yozakura (夜桜) – “gecə sakura”sı adlanır. Ueno Park (Tokio) kimi bir çox yerlərdə müvəqqəti kağız fənərlər yozakura məqsədilə asılır.

Bundan başqa, çiçəklənən sakuralarla yanaşı, şəhərlərdə müxtəlif digər dekorasiyaları da görmək mümkündür. Bu dövrdə əvəzolunmaz atributlardan biri mövsümi hazırlanan və təkrarolunmaz olan sakuralı şiriniyyatlardır ki, nəinki zövqünüzü, həm də damaq dadınızı oxşayacaqdır.

Tarixi arayış

Hanami adəti Yaponiyada bir çox əsrlərdir ki vardır. VIII əsr səlnaməsi “Nihon Şoki (日本 書 紀)” hanami festivallarının eramızın III əsrində keçirildiyini qeyd edir. Hanaminin daha qədim forması da umemi (梅 見 – gavalı seyri) adlandırılır. Bu növ çiçək seyri daha çox yaşlı nəsil arasında məşhurdur, çünki onlar sakura festivallarından daha sakitdir, sakura festivallarına adətən gənclər qatılır və çox sıx, səs-küylü ola bilər.

Chiyoda_Ooku_Hanami
Çiyoda imperial sarayında ookuda (hərəm) hanami. Toyohara Çikanobu, 1894. Vikipediya – elektron ensiklopediya.

Hanaminin Nara dövründə (710-794) başlandığı güman edilir. Həmin dövrdə insanlar gavalı ağacının çiçəkləməsinə heyran imişlər, lakin Heyan dövründə (794-1185) albalı çiçəyi daha çox diqqəti cəlb etməyə başlayır və “hanami” “sakura”nın sinoniminə çevrilir. Bundan sonra, həm vaka, həm də haikularda “çiçəklər” (花 – hana) “albalı çiçəyi” mənasında işlədilməyə başlanır. Əvvəllər albalı çiçəklərinin seyri yalnız İmperator ailəsi üzvləri ilə məhdudlaşırdısa, tezliklə samuray elitası və Edo dövrünə qədər isə, demək olar ki, bütün insanlar üçün əlçatan olur. Tokuqava Yoşimunenin iri sahələrdə albalı ağacları əkdirməsi bu prosesi sürətləndirir.

Sevinc Nur © yapon.az 2018

MÖVZU İLƏ ƏLAQƏLİ DİGƏR YAZILAR

Sakura; Yaponiyanın milli çiçəyi

Albalı rəngi Yaponiyada buludları simvolizə edir. Buna səbəb albalı çiçəklərinin eyni vaxtda kütləvi şəkildə çiçəkləməsidir

Qiymətləndirin:

“Donate” – İanə

09.04.2014-cü ildən Azərbaycanca Yaponiya haqqında ilk və yeganə portal olmasına baxmayaraq, heç bir yerdən maddi dəstək almır. Sayt yalnız könüllülük prinsipi ilə fəaliyyət göstərir. Texniki məsələləri həll etmək üçün maddi vəsait yalnız qarşılığı olmadan iştirakçı şəxslərin şəxsi hesabından ödənir. Saytın ayaqda qalmasını və xidmət göstərməsini istədiyiniz təqdirdə, bizə dəstək olmağınız xahiş olunur. Təşəkkürlər!

$1.00

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.