Bu gün dünyanın ən yaşlı insanı Çitetsu Vatanabe vəfat edib. Yaponiyanın Niiqata şəhərindən olan Vatanabe 12 fevral 2020-ci il tarixində 112 yaşında (344 gün olmaqla) dünyanın ən yaşlı insanı (kişi) kimi təsdiqlənmişdi.

O, 5 mart 1907-ci ildə Niiqatada atası Haruzo və anası Miyanın 8 övladlarından birincisi olaraq dünyaya gəlmişdi.

Kənd təsərrüfatı məktəbini bitirdikdən sonra “Dai-Nippon Meiji Sugar” şirkətinin işçisi kimi Tayvana köçüb və orada şəkər qamışı yetişdirilməsi üzrə müqavilələrin bağlanmasına yardım edirdi.

Tayvanda yaşadığı 18 il müddətində Çitetsu Mitsue adlı bir xanımla ailə qurur və 5 övladından 4-ü orada doğulur. 1944-cü ildə Dünya müharibəsinin sonuna doğru hərbi xidmətə gedir. Müharibədən sonra Çitetsu məmləkəti Niiqataya qayıdır. Çitetsunun ilk oğlu Tetsuonun həyat yoldaşı Yoko Vatanabenin dediyinə görə, ailə üçün ən çətin dövrlərdən biri məhz o zamanlar idi.

Ailə fotosu. Çitetsu Vatanabe müharibəyə getmədən öncə çəkilib. Mənbə: guinnessworldrecords.com
Ailə fotosu. Çitetsu Vatanabe müharibəyə getmədən öncə çəkilib. Mənbə: guinnessworldrecords.com

Çitetsu qocalar evində yaşayana qədər bonsai ilə də məşğul olub və 2007-ci ilə qədər yerli sərgilərdə əsərlərini təqdim edib.

Çitetsu 2019-cu ilin yanvar ayında yerli qəzetlərdən birinə verdiyi müsahibəsində uzunömürlülüyünün formulasını – “əsəbləşməmək və üzünüzdə daim təbəssüm saxlamaq“, – kimi sıralılamışdı.

O, 19 aprel 1897-ci ildə anadan olmuş və 116 il 54 gün yaşayıb, 12 iyun 2013-cü ildə dünyasını dəyişən Ciroemon Kimuradan 4 il geri qalırdı.

Hal-hazırda yaşayan ən yaşlı qadın isə Kane Tanaka cari ilin yanvar ayında 117 yaşını qeyd edib.

Sevinc N. © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.