Yaponiyanın Toşiba şirkəti alıcıların qəbzlərindəki informasiyanı birbaşa mobil cihazlara (smartfonlara) ötürəcək yeni bir sistem hazırlayıb. “NHK”nin məlumatına görə, sözsügedən şirkət “ağıllı qəbz” xidmətini başlatmaq üçün yeni filial qurub.

Alıcılar sadə bir yolla, telefonlarına yükləyəcəkələri tətbiqin barkodunu kassa aparatlarında oxudaraq rəqəmsal məlumatları əldə edə biləcəklər.

Tətbiq həmçinin, alış rekordunu göstərmək funksiyasına malikdir və ailələrin büdcələrini idarə etmələrini asanlaşdırmağı hədəfləyir.

Sistem ayrıca endirim kuponları da təklif edəcəkdir.

Toşiba istifadəçilərin razılığı ilə məlumatların toplanması və təhlilini aparmağı da nəzərdə tutub. Bu məlumatlar pərakəndə satıcılara və istehsalçılara təqdim edilə bilər. Böyük həcmdə məlumatların yeni məhsul və xidmətlərin inkişafı üçün istifadə olunması nikbin qarşılanır.

Şirkət aprel ayında başlayacaq hesabat ilində “ağıllı qəbz” xidmətinə sahib mağazaların sayını 100.000-ə çatdırmağı hədəfləyir.

Sevinc N. © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.