Çoxlarımız özümüzü qanunlara əməl edən insan hesab edirik. Əlbəttə ki, qanunlardan xəbərimiz yoxdursa onu pozduğumuzdan da xəbərimiz olmur. Məsələn, Yaponiyada yağışdan özünüzü qorumaq üçün çətir tutarkən velosiped minmisinizmi?! Onda sizi “təbrik” etmək olar, çünki bununla qanunu pozmuş olursunuz.

Yaponiyaya yolunuz düşəcəksə, bilməli olduğunuz bir neçə yol hərəkəti qaydası var ki, onları sizinlə bölüşmək istəyirəm. Əgər bu qaydaları pozursunuzsa yerli koban (məhəllə polis bölməsi) tərəfindən sorğu-suala cəlb ediləməniz üçün dayandırıla bilərsiniz.

ho64AHy

1. Avtomobili idarə edərkən mobil telefondan istifadə qadağandır. Bizə elə də yad olmayan sükan arxasında cib telefonundan istifadənin qarşısını alan bu maddə 2019-cu ilin dekabr ayında daha da sərtləşdirilmişdir. Yaponiyanın “Yol Hərəkəti Qanunu”nda bildirilir ki, avtomobil idarə edərkən mobil telefonlardan istifadə “yol hərəkətinə təhlükə yaratdığından” cinayət hesab olunur və bu zaman 300.000 ¥ cərimə və ya həbs cəzası tətbiq edilə bilər.

Yaponiyada sürücülük lisenziyasının bir aydan altı aya qədər dayandırılması üçün 6 xal tələb olunur. Bəs yenidən işlənmiş “Yol Hərəkəti Qanunu”na əsasən sükan arxasında mobil telefonundan istifadə edərək neçə xal qazanmaq olar? Ən yüksək xal: altı!

Qanuna yeni düzəlişlər, Yaponiyada sükan arxasında mobil telefonlardan istifadə nəticəsində yol hərəkəti qaydalarının pozulması və ölümlə nəticələnən qəzaların artması əleyhinə çıxışlardan sonra edilib. “Asahi Şimbun” qəzeti 2019-cu ilin dekabr ayında smartfonlar sayəsində fikri yayınan sürücülərin 2790 qəzaya səbəb olduqları və 42 ölüm hadisəsinin qeydə alındığını bildirib.

Ümumilikdə, polis keçən il 840.000-ə yaxın sürücünün sükan arxasında mobil cihazdan qanunsuz istifadə etdiyini müəyyənləşdirib.

2. Velosipedi səkidə sürmək qanunsuzdur. Bəlkə bu sizin üçün qeyri-adi səslənir, lakin daim sağ-sol demədən velosipedli insanların üstünüzə şığıması heç də xoş deyil. Xüsusilə də, əgər siz arxadan velosipedin yaxınlaşdığını hiss etmir və ya körpə ilə hərəkət edirsinizsə bu, çox təhlükəlidir. Yaponların əksəriyyəti bu qanunu müntəzəm olaraq pozur və çox az hallarda velosipedlər üçün nəzərdə tutulmuş yolla hərəkət edirlər. Səkilər isə piyadalar üçündür. “Yol Hərəkəti Qanunu”na görə, yalnız 13 yaşdan kiçik, 70 yaşdan yuxarı (və ya hərəkət məhdudiyyəti olanlar xüsusi aparatları ilə) şəxslər velosipedlə səkidə hərəkət edə bilər. Əksini göstərən hər hansı bir yol işarəsi və ya təhlükəli məqam yoxdursa velosiped yolun solunda xüsusi zolaq daxilində hərəkət etməlidir. Səkiyə çıxmalı olan hallarda sürət həddi 10 km/saat olmalı və daima piyadalara yol verilməlidir.

f539445b9d80daebe2c290b2db2c1b3e

Ehtiyatlı deyilsinizsə, velosiped cərimələri həqiqətən sıx tətbiq olunur: İki şəxs eyni anda bir velosipedə minirsə cərimə 20.000 ¥-dir. Velosiped sürərkən çətirdən istifadə edirsinizsə, cərimə 50.000 ¥ olacaq. Velosiped sürərkən smartfonunuzdan istifadə edirsiniz? Bu da 50.000 ¥ cərimə edir. Gecələr işıqsız velosipedlə yola çıxmısınız? Bəlkə 50.000 ¥ cərimə növbəti dəfə bunu yadda saxlamağınıza kömək edəcəkdir. Qulaqcıqla velosiped sürmək 50.000 ¥ cərimə deməkdir. Polis sizi xəbərdarlıq ilə də yola sala bilər, lakin iki il ərzində iki dəfə yol hərəkəti qaydaları pozuntusuna görə saxlansanız onda öz hesabınıza məcburi yol hərəkəti qaydaları məktəbinə getməkli olacaqsınız.

3. Sərxoş vəziyyətda velosiped sürmək qanunsuzdur. Əgər içkilisinizsə və eviniz elə də uzaqda deyilsə, velosiped istifadə etmək də ağıllı fikir deyil. Bu qanunu pozduğunuzda 5 il azadlıqdan məhrumetmə və ya 1 mln ¥ cərimə oluna bilərsiniz. Milli Polis Agentliyi ötən il yol qəzalarında ölən və ya ağır yaralanan 5776 uşağın 34 %-nin məhz velosiped sürdüyünü açıqlayıb .

4. Qırmızı işıqda keçmək qanunsuzdur. Yaponiyada, 赤 信号 皆 で 渡 れ ば 怖 く な い ⌈aka şinqo minna de vatareba kovakunai⌉ – hərfi tərcümədə “hamı qırmızı işıqda keçərsə, qorxacaq heç nə yoxdur” kimi bir zarafat vardır. Hər kəs qaydalara riayət etsə yaxşı olardı, amma həqiqət budur ki, istər xarici vətəndaşlar, istərsə də yaponlar bu qanunu pozur. Yolu qırmızı işıqda və ya keçid olmayan ərazilərdə keçmək Yaponiyada da xoş olmayan, lakin müşahidə edilən haldır. Bu qanun pozuntusuna görə 3 aya qədər həbs cəzası və ya 50.000 ¥ dəyərində cərimə tətbiq olunur.

Təbii ki, əksər qanunların pozulması halları çox müşahidə olunsa da, polislərin nəzərindən kənarda olduğu üçün cərimə tətbiq edilmir, lakin ictimai qınaq da demək olar ki yoxdur.

Unutmayın ki, qaydalar biz insanların özlərini qorumaq üçündür. Yuxarıda sadalananları pozmaqla nəinki özümüzün, həm də digər insaların həyatını təhlükəyə atmış oluruq. Hadisə isə həmişə yox, məhz bir dəfə baş verir və bütün həyatları dəyişir.

Sevinc Nur © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.