Yaponiyada yaşayan türk-tatar diasporunun 1933-1934-cü illərdə Tokio şəhərində çəkilmiş fotosu.

 

Ən qabaqda əyləşən 3 şəxs Yaponiyada türk-tatar diasporunun tarixində əhəmiyyətli rol oynamış şəxslərdir: Əbdürrəşid İbrahim əfəndi, Muhamməd Abdulhay Qurbanali və Ayaz İshaki. Onların hər birinin Yaponiya fəaliyyəti haqqında bir az danışmaq istəyirəm.

Birincisi, Əbdürrəşid İbrahim əfəndi haqqında. Özü idil-ural türklərindən olub və Yaponiyanın Rusiya müsəlmanları ilə əlaqələr yaratmasını təmin edən şəxsdir. Osmanlı dövründə Yaponiya ilə Osmanlı arasında qeyri-rəsmi elçi olub. 1902-ci ildə Yaponiyaya gedərək yüksək rütbəli şəxslərlə, ultramillətçilərlə dostluq münasibətləri qurub. İbrahim əfəndi rus-yapon müharibəsindən qalib çıxan Yaponiyaya Rusiya müsəlmanlarının potensial müttəfiqi kimi görürdü və orada müttəfiq axtarmaqla məşğul idi. 1909-cu ildə Yaponiyada Asiya cəmiyyətinin (アジア議会) yaradılmasında iştirak edib. Onun işləri sayəsində Yaponiya ilə Rusiyadakı müsəlman türklər arasında yaxınlaşma baş verib. İbrahim əfəndi 1933-cü ildə Yaponiyaya köçüb və 1944-cü ildə Tokioda vəfat edib.

İkinci şəxs, Muhamməd Abdulhay Qurbanali haqqında. Başqırdıların Barın-Tabın qolundandır və Yaponiyaya 1924-cü ildə gəlib. Yaponiyadan öncə Rusiyada çar dəstəkçisi olub və Ağ qüvvələrin tərəfində olub. ABŞ kəşfiyyatına görə Qurbanali yapon casus olub və Mancuriyada yapon kəşfiyyat məktəbində rus və türk dili dərsləri verib. Yaponiyaya gəldikdən sonra öz nüfuzundan istifadə edərək burdakı türk-tatar cəmiyyətini idarə etməyə çalışmış və lideri olmuşdur. 1927-ci ildə açılan ilk türk-tatar məktəbinin həm direktoru, həm müəllimi, həm imamı olub. Buna baxmayaraq Qurbanali bir çox türk-tatar ailəsi tərəfindən sevilməyib, onu despot hesab ediblər. Hətta 1931-ci ildə 10 ailə onunla əlaqəsini kəsmişdi.

Üçüncü şəxs, Ayaz İshaki. Qurbanalinin liderliyinə məhz o son verib. 1933-cü ildə Kobe şəhərinə gəlib və buradan bütün türk-tatarlarını bir dərnək altında toplamağa çalışıb. İshaki və Qurbanali Yaponiyadan öncə də tanış idilər və bir-biriləri haqqında yaxşı şeylər düşünmürdülər. İshakinin Yaponiyada türk-tatar dərnəyi qurmaq istəməsi və iclas üçün məktəb binasını tələb etməsi düşmənçiliyə səbəb olub. Həmin ilin 11 fevralında İshaki Yaponiyadakı dəstəkçisi professor Okubo ilə iclas keçirərkən Qurbanali Ağ rus zabitləri və ultramillətçi yaponlarla iclasa basqın təşkil edib və ikisini də döyüblər. Amma o, İshakiyə mane ola bilməyib. İshaki dərnəyi qura bilib, hətta Kumamoto, Kobe, Naqoyada filiallarını açıb.

Bunlardan sonra, Yaponiya hökumətinin Qurbanaliyə qarşı münasibəti dəyişib, üstəlik Türkiyə Respublikasına qarşı bəslədiyi münasibətə görə türkləri də hərəkətə keçirib. Yaponiya hökuməti onu 1938-ci ildə Yaponiyadan Mancuriyaya sürgün edib. Orda da özünə tərəfdar qazanmağa çalışıb və amma SSRİ Mancuriyanı işğal edəndən sonra özünü əmək düşərgəsində tapıb. 10 il orada qaldıqdan sonra 1972-ci ildə vəfat edib.

Serkan Şentürk © yapon.az 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.