Yamada Toraciro (山田 寅次郎) – Osmalı İmperiyasında islam dininə keçən ilk yaponlardan biri, eləcə də, həcc ziyarətinə gedən ilk yapondu.

FB_IMG_1576653603971.jpg

Osmanlıda yaşayarkən adını Əbd əl-Xəlil (عبد الخليل‎) olaraq dəyişdirmişdi. Toraciro Türkiyə ilə Yaponiya arasındakı dostluq əlaqələrinin yaranmasında açar şəxslərdən biri olub.

1890-cı ildəki Ərtuğrul faciəsindən sonra türklərə kömək edənlər arasında Toraciro da var idi və maddi yardım kampaniyası başlatmışdı. Baş nazirin tövsiyyəsi isə Toraciro Osmanlıya gedir, orada Sultan II Əbdülhəmid ilə görüşür və ona XVI əsrdən qalma samuray zirehi və qılınc hədiyyə edir. Sultanın xahişi ilə İstanbulda qalan Toraciro hətta bir ara gənc Atatürkə yapon dili dərsi verir (1931-ci ildə bir daha görüşəcəkdilər). İstanbulda 22 il boyunca – 1914-cü ilə kimi qalır və bizneslə məşğul olur. Bu zaman bəzi türkçə pyeslərini yapon dilinə tərcümə edir, Türkiyə haqqında məqalələr yazır. İngiltərədə ilk məscidi tikdirən Abdulla Qilliamla tanış olduqdan sonra isə islamı qəbul edir.

Şəkildəki onun II Əbdülhəmidə bağışladığı samuray zirehidi, Topqapı sarayında sərgilənir.

Müəllif : Serkan Şentürk [yaponaz 2019]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.