Abaşiri Həbsxana Muzeyi (博物館網走監獄) açıq hava altında tarix muzeyidir. Meici dövründən (1868-1912) bəri Abaşiri Həbsxanasında olan binalar qorunub saxlanılmış və bu gün ictimaiyyət üçün açıq elan edilmişdir. Ən qədim bina təxminən 120 il əvvəl, Abaşiri Həbsxanasının qurulmasından 6 il sonra tikilmişdir.

Abaşiri Həbsxanası (yap.: 網 走 刑 務 所 ⌈abaşiri keimuşo⌋) – 1890-cı ildə fəaliyyətə başlayıb. Hokkaido adası, Abaşiri şəhərində, eyniadlı çayın yaxınlığında və Tento dağının şərqində yerləşən Yaponiyanın ən şimal həbsxanasıdır. Bu həbsxana ən azı 10 il müddətinə azadlıqdan məhrum edilən məhkumların saxlanılması üçün nəzərdə tutulmuşdu.

Beş qanaqdlı tikililərin bir dairənin radiusu boyunca düzülməsi və ya ortaq bir mərkəzdən xətlər şəklində ayrılması hər "qanad"da yerləşən ümumilikdə, 226 hücrənin hər birindəki məhbuslara eyni nöqtədən nəzarət etməyə imkan verirdi.
Tikililərin bir dairənin radiusu boyunca düzülməsi və ya ortaq bir mərkəzdən xətlər şəklində ayrılması hər “qanad”da yerləşən ümumilikdə, 226 hücrənin hər birindəki məhbuslara eyni nöqtədən nəzarət etməyə imkan verirdi.

Həbsxana binalarının bir dairənin radiusu boyunca düzülməsi və ya ortaq bir mərkəzdən xətlər şəklində ayrılması hər “qanad”da yerləşən ümumilikdə, 226 hücrənin hər birindəki məhbuslara eyni nöqtədən nəzarət etməyə imkan verirdi. Tikinti zamanı İngiltərədəki həmin dövr üçün müasir olan İngiltərə həbsxanalarının quruluşuna əsaslanılıb və Leuven (Belçika) həbsxanasının eynilə təkrarlanmış formasıdır.

1890-cı ilə Meici hakimiyyəti 1000 nəfərdən çox siyasi məhbusu adanın təcrid olunmuş Abaşiri kəndinə göndərir. Həmin siyasi məhkumlar bu əraziləri adanın daha sıx məskunlaşmış cənub hissəsi ilə birləşdirməli olan yollar tikməyə məcbur edilmişdilər.

Daha sonralar Abaşiri Həbsxanası özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilən həbsxana kimi tanınmağa başlamış və bütün Yaponiyada başqa həbsxanalara nümunə olmuşdur. Burada yetişdirilən kənd təsərrüfatı məhsulları soyuq və uzun qış boyu istehlak edilmək üçün saxlanılırdı. Deyilənə görə, hər il toplanan 3000 daikon düyü kəpəyi və duz məhlulunda saxlanılaraq hazırlanan takuan (沢庵) Yaponiyada ən dadlı turşu hesab edilirdi.

Həbsxananın çox hissəsi 1909-cu ildə baş vermiş yanğın nəticəsində məhv olsa da, 1912-ci ildə yenidən qurulur. 1922-ci ildə isə indiki adını almışdır. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçürülür.

1965-ci ildə çəkilən “Abaşiri Həbsxanası” filmi və seriyaları həbsxananın məşhurlaşaraq turistik məkana çevrilməsinə səbəb olur. Həbsxana həm də məhkumları tərəfindən hazırlanan oyma taxta – nipopo (ニ ポ ポ) gəlinciklərilə məşhurdur.

abashiri prison (2)
Nipopo gəlinciyi

1983-cü ildə həbsxananın köhnə hissələri Tento dağının ətəyindəki bazasına köçürülür və Abaşiri Həbsxana Muzeyi kimi fəaliyyət göstərməyə başlayır. Bu, ölkədəki yeganə həbsxana muzeyidir. Muzeydə məhbusların iş, yaşam tərzini, onlara tətbiq edilən cəza və işgəncələri, həbsxananın gözətçi və işçilərinin həyatını əyani şəkildə görmək mümkündür. 2016-cı ildə muzeydə qorunan binalardan səkkizi Mədəniyyət İşləri Agentliyi tərəfindən Əhəmiyyətli Mədəni Mülkiyyət, üçü isə Maddi Mədəni Mülkiyyət olaraq təyin edilmişdir.

4 dəfə həbsxanadan qaçması ilə məşhur olan Yoşie Şiratori 1944-cü ildə 3-cü dəfə məhz Abaşiri həbsxənasından qaçmışdır. O, qandallarını və hücrə qapısındakı yoxlama çuxurunu miso şorbası ilə paslandıraraq zəiflətmiş və damdan qaça bilmişdir. Onun qaçışını əyani göstərən maket həbsxana muzeyində sərgilənməkdədir.

Yoşie Şiratori həbsxanadan qaçarkən. Vikipediya - elektron ensiklopediya.
Yoşie Şiratori həbsxanadan qaçarkən. Vikipediya – elektron ensiklopediya.
Sevinc Nur © yapon.az 2019

 

1 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.