中銀カプセルタワ

⌈nakagin kapuseru tavā⌋

1972-ci ildə memar Kişo Kurokava Tokioda 13 mərtəbəli (54 metr) kapsul bina inşa edir və bu, Yaponiya metabolizminin (新陳代謝 ⌈şinçintaişa⌋ XX əsrin 50-ci illərində Yaponiyada yaranmış cərəyan) ən parlaq nümunələrindən biri kimi tarixə düşür.

Tokio şəhərinin memarlığı o qədər heyrətamiz və çoxşaxəlidir ki, yerliləri nə ilə isə təəccübləndirmək çətindir. Eyni küçədə bir-birindən fərqli onlarla qeyri-adi memarlıq nümunələrinə rast gəlmək mümkündür. Burada Kenqo Kuma, Tadao Ando, ​​Kişo Kurokava və başqa məşhur memarların əsərləri ucalmaqdadır. Bu rəngarənglik bəzən qarmaqarışıq, bəzən isə heç fərqinə varılmadan həddən artıq adi və rəngsiz görünə bilər. 

Tokio, Şimbaşi adlanan yerdə çoxlarının diqqətini cəlb etməyən, digər tikililərin arasında sezilməyən bir bina ucalır. Lakin diqqətlə baxıldıqda xaotik kublar dəstinə bənzəyən bu köhnə bina daimi və praktik istifadə üçün tikilmiş kapsul memarlığının dünyadakı ilk nümunəsidir

nakagin capsule tower

Layihənin müəllifi Kişo Kurakava praktik məqsəddən çıxış edərək – əlverişli mənzil tikmək və müasir vətəndaşlar üçün yeni bir həyat tərzi qurmaq istəyirdi. Bunun üçün o, 140 ayrı kapsuldan ibarət bir qüllə inşa etdi. Kapsulların hər biri Osakadakı fabrikdə düzəldilib Tokioya daşındı və qaldırıcı kranlar vasitəsilə qaldırılaraq beton tikiliyə cəmi 4 xüsusi boltla bərkidilərək yığıldı. Ümumi tikinti 2 il, binanın tamamlanması isə 30 gün çəkmişdir. 

Təxminən 10 m² sahəsi olan mənzillərdə bir nəfərin yerləşdirilməsi planlaşdırılmışdı. Bütün “otaqlar” televizordan tutmuş telefona qədər hər şeylə, kompakt mebellə, quraşdırılmış mətbəx, kondisioner sistemi və s. ilə təchiz olunmuşdu. Bir aydan sonra bütün mənzillər satıldı – yaxınlıqda işləyən insanlar, müvəqqəti mənzil kimi istifadə edən iş adamları, habelə hələ standart ölçüdə mənzil ala bilməyən yalnız insanlar və ailələr tərəfindən alındı.

Çoxları bu futuristik dizayna valeh olur, lakin yerli sakinlər deyil – onlar 2007-ci ildə tikilinin sökülməsinin lehinə səs vermişdilər. Tikinti zamanı sağlamlıq üçün təhlükəli maddə – asbestdən istifadə olunması onun sökülməsi səbəblərindən biri kimi göstərilsə də 10 ildən çox vaxt keçməsinə baxmayaraq, bina Tokionun memarlıq irsi olmağa davam edir. 30-40 yaşdan yuxarı bütün strukturları amansızcasına məhv edən Tokio kimi meqapolis üçün bu, nadir haldır. 

Qeyd: 2012-ci ilin oktyabr ayına olan vəziyyətə görə, 140 kapsulun otuzu mənzil kimi, digərləri isə anbar və ya ofis kimi istifadə edilirdi. 2015-ci ilin sentyabr ayında Tokioda fəaliyyət göstərən fotoqrafiya şirkəti “EYExplore” “bu tarixi unikal binanın bir hissəsi olmaq istədik” deyərək kapsullardan birinə köçür. Avqust 2017-ci il kapsullar Ginza bölgəsini nəzərə alaraq nisbətən ucuz daha qiymətə hələ də icarəyə götürülürdü.

Sevinc Nur © yapon.az 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.