Yaponiyada görmək istəyəcəyiniz maraqlı hadisələrdən biri də, xüsusilə, yaz aylarında, Naruto burulğanıdır. Bu hadisənin şəkillərdən gördüyünüz halı çox məsum görünsə də, canlı izlənərkən insanda dəhşət və qorxu yaratması istisna deyil.  Lakin qorxulu heç nə yoxdur. Naruto (Tokuşima) və Avaci adası (Hyoqo) arasındakı kanal, Naruto boğazında (yap.:鳴門海峡 ⌈naruto kaikyō⌋) günəş və ayın cazibə qüvvəsinin təsiri ilə suyun səviyyəsinin dəyişməsi nəticəsində Naruto burulğanı (yap.:鳴門の渦潮 ⌈naruto no uzuşio⌋) yaranır.

naruto-whirlpool

Deməli, Naruto və Avaci adası arasındakı boğazın eni təxminən 1,3 km-dir. Boğaz, Sakit Okean və Daxili Seto dənizi (yap.: 瀬戸内海, azerb. Daxili Yaponiya dənizi də deyilir) arasındakı əlaqələrdən biridir, Yaponiyanın əsas adalarından Honşu və Şikokunu ayırır. Qabarma-çəkilmə hadisəsi Daxili dənizə gündə iki dəfə çoxlu miqdarda su gətirir və eyni zamanda, bir o qədər də çox su çıxarır. Beləliklə də, 1,7 m-dək diapazonu ilə qabarma-çəkilmə Daxili dənizlə Sakit okean arasında suyun səviyyəsində 1,5 m-dək fərq yaradır. Boğazın darlığı səbəbindən su Naruto kanalından gündə dörd dəfə (2 dəfə daxilə, 2 dəfə xaricə olmaqla), saatda 13~15 km sürətlə axır. Burulğan hər altı saatdan bir baş verir və adətən səhər bir dəfə və günorta saatlarında bir və ya iki dəfə görülür. Axının intensivliyindən asılı olaraq gözümüzlə gördüyümüz su burulğanının ölçüləri dəyişir. Yaz qabarma-çəkilmə dövründə diametri 20 m-ə çatan burulğan yaradaraq suyun sürəti, saatda 20 km-ə çata bilir.

naruto vvhirpool

Boğazdakı axın Yaponiyadakı ən sürətli burulğandır. Dünyada isə Norveçin Saltstraumen (sürəti 37 km/saat) və Moskenstraumenindən (27,8 km/saat), Kanadanın “Old Sow”sundan (27,6 km/saat) sonra 4-cü yeri tutur.

Burulğanı izləmək istyənlər onu kruiz gəmilərindən və ya boğazı keçən Naruto körpüsündən müşahidə edə bilərlər. Asma körpünün ümumi uzunluğu 1629 m, hündürlüyü dəniz səviyyəsindən 41 m yüksəklikdədir. Avaci adasındakı sahildən də onu müşahidə etmək üçün yaxşı mənzərə vardır.

Yalnız bir neçə rəsmi olmayan mənbələrdə burulğanın adının “Naruto” manqa və animesindən ilhamlandığı deyilir. “うずまき” burulğan, spiral mənasını ifadə edir.

Sevinc Nur © yapon.az 2019
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.