Layihələrimiz

yapon.az-ın “A-dan Z-yə Yaponiya” adlı layihəsi

Yapon.az-ın “A-dan Z-yə Yaponiya” adlı layihəsi uğurla tamamlanıb.

10 gün davam edən layihəmiz zamanı iştirakçılar, layihənin adından göründüyü kimi Yaponiyanın mədəniyyətindən tutmuş tarixinə kimi biri-birindən maraqlı və informativ bilgilərə sahib olublar.

10 günlük seminarda iştirakçılar, nəinki təlimçi Gülşən Cabbarlı-dan , həmçinin qonaq təlimçilər tərəfindən həyata keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

İlk qonaq təlimçimiz Şiniçi Kamiiva-san olub. Yapon təlimçimiz tərəfindən Yaponiyanın günlük həyat tərzi və adət-ənənələri barəsində seminar keçirilib. İştirakçılar bir-başa təlimçiyə maraqlandıqları mövzular barəsində suallarını ünvanlamaq şansına sahib olmaq ilə yanaşı, birlikdə nahar edərək mədəniyyətlərin fərqli nüansları haqqında müzakirə də aparıblar.

yapon.az və Azərbaycan Kendo Təşkilatının əməkdaşlığı ilə “Kendo günü” keçirilib. “A-dan Z-yə Yaponiya” layihəsinin iştirakçıları Kendo məşqində fəal iştirak edib, Kendo döyüş sənətinin incəliklərini məşqçi, Aşizuka Daiji tərəfindən öyrəniblər.

Layihənin son günlərində, “A-dan Z-yə Yaponiya” layihəsinin iştirakçıları, Yui Japanese Resturant-ında yapon yeməklərinin təamlarına baxmaq ilə yanaşı, Yapon aşpaz Hideo Oqava və xanımı Takako Oqava ilə birlikdə Yaponiyanın və Azərbaycanın mətbəxi barəsində müzakirə aparılıb.

Son günümüzü Yaponiyanın ecazkar ədəbiyyatına və kinomatoqrafiyasına həsr elədik. Bu dəfə qonaq təlimçimiz isə Gülər Nursu olub. Maraqlı müzakirələr və praktik danışığa əsaslanan seminar, iştirakçıların yazdıqları haikular ilə sonlanıb.

Ləyihəmizdə müxtəlif viktorinalar, yarışlar da təşkil edilmişdir.

Dəyərli layihə iştirakçıları fəal iştiraklarına görə iştirakçı sertifikatlarına sahib olublar . Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edir, hər zaman yaponaz ilə qalmalarını diləyirik.
Yay tətilini daha dəyərli və əyləncə dolu keçirmək istəyirsinizsə yaponaz-ı izləməyi unutmayın.

Layihəmizin rəsimləri :

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.