Tətil günlərində izləmək üçün Yaponiya istehsalı film seçmək istəyirsinizsə, onda bu yazı sizin üçündür.

1. たそがれ清兵衛

⌈tasoqare seibei⌋

“Alatoran samuray” kimi tərcümə olunan “Tasoqare Seibei” filmi rejissor Yoci Yamadanın samuraylar haqqında trilogiyasını başlayır. 1860-cı illər Yaponiyasında ən aşağı (pillə) vəzifə sahibi olan Seibei (oyuncu Hiroyuki Sanada) anası və qızları ilə birgə kənddə yaşayır. Onlar arasında maddi və fiziki mənada digərlərinin qayğısına qala biləcək yeganə insan da elə Seibeidir. Seibei o qədər kasıbdır ki, həyat yoldaşının cənazəsini təşkil etmək üçün samuray qılıncını satmalı olur. Cəmiyyətdəki mövqeyindən və həyat yoldaşının ölümündən məyus olan Seibei, nəhayət, uşaqkən sevdiyi bir qadının Tomoenin (oyuncu Rie Miyazava) gəlişi ilə yenidən həyəcanlanır. Ona qarşı duyğuları hələ də güclüdür, ancaq ailə, iş və sosial yüklər Seibeini istəklərini reallaşdırmasına mane ola bilər.

“Kiçik insan” mövzusuna yaponların yanaşması – amansız vəziyyətlərin bir insanın hissləri və prinsipləri ilə toqquşması, – filmin əsas qayəsidir. Film 2002-ci ildə ekranlaşdırılıb (İMDb reytinqi 8.1/ 10).

2. “Umimaçi gündəliyi”

Film ingiliscəyə iki cür, “Umimachi diary” və ya “Our little sister” kimi tərcümə olunub. Hərfi tərcümədə “海街diary” – “dənizkənarı qəsəbə gündəliyi” mənasını verir. 2015-ci ildə ekranlaşdırılan filmin ssenari müəllifi və rejissoru Hirokazu Kore-edadır. Film ilk dəfə həmin ildə Kann film festivalında nümayiş etdirilib.

Eyni adlı manqa əsasında çəkilən ailə bağları haqqında bir filmdir. Hələ uşaq ikən ailəsini başqa bir qadın üçün tərk edən atanın cənazəsinə üç qız gəlir. Qızlar burada ilk dəfə atadan bir bacıları ilə görüşürlər, başqa qohumlarının qalmadığını öyrənir və qıza onlarla birlikdə getməyi təklif edirlər.

3. そして父になる

⌈soşite çiçi ni naru

İngiliscəyə “Like father, like son” kimi tərcümə olunan film 2013-cü ildə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Hirokazu Kore-edadır.

Şok xəbər gənc bir ailənin həyatını tamamilə dəyişir. Məlum olur ki, altı il əvvəl doğum evində iki körpə qarışmış və memar Ryota ilə həyat yoldaşı Midorinin bioloji oğlu başqa bir ailədə böyüdüyü halda, özləri də ögey övlad böyüdürmüşlər. Film yaradıcıları melodramatik vuruşlardan qaçındıqları üçün hekayə incə və təsirli alınıb.

Qeyd edim ki, bu, 2012-ci ildə fransız rejissor Lorraine Lévynin “Başqa oğul” (“Le Fils de l’Autre”) filmini xatırlatdığı üçün onun remeyki olduğunu düşünürəm. Mənim üçün şəxsən daha maraqlı olan bu filmə baxmağınızı məsləhət görürəm.  Film İsrail-Fələstin arasında siyasi münasibətlər fonunda ailələr və talelərdə dəyişiklik, zərurət, sevgi və bağlar haqqında düşünməyə vadar edir.

Yaponiya istehsalı filmin remeyki isə Steven Spielbergə aiddir.

Sevinc Nur © yapon.az 2019

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.