yapon.az və “The Secret Business Academy”nin əməkdaşlığı ilə yeni layihəmizə qeydiyyat başladı!

Yaponiya haqqında hər şey! Yapon dili, mədəniyyəti və tarixi proqramı


Layihədə nə əldə edəcəksiniz?

✔️Yaponiya tarixi; keçmişdən bu günə,

✔️ Yaponiyanın beynəlxalq əlaqələri,

✔️ Yaponiyada sərbəst danış! Yaponiyada köməyinizə çatacaq ifadələr və sözlər öyrənəcək,

✔️ Yaponiyanın incəsənəti,

✔️ Yaponiyanın adət-ənənələri,

✔️Yaponiyanın təhsil sistemi və ölkəmizdə olan təqaüd proqramları,

✔️ Yaponiya yeməkləri və hazırlanması,

✔️ Yaponiyanın kinematoqrafiyası,

✔️ Anime və manqa nədir? Azərbaycanda olan kospley festivalları haqqında məlumatlar əldə edəcəksiniz.

✔️ Yaponiyanın turistik bölgələri, səyahət planlaması.

Və daha nələr təlimlərimizdə 😉

Layihə müddətində iştirakçılar öz aralarında və müəllimlə öyrəndikləri yapon dilini istifadə edərək danışacaq və həmçinin, yapon dilində tədris vasitələrindən istifadə edəcəklər. Bu yanaşmanın hesabına lahiyə iştirakçıları tez bir zamanda ünsiyyət və gündəlik danışıq bacarıqlarına yiyələnəcəklər.

Nəinki yapon dili, eyni zamanda, Yaponiya mədəniyyəti, tarixi və təhsil sistemi ilə də ətraflı tanış olacaqsınız.


QEYD:

  • Təlimi uğurla bitirən seçilmiş şəxslər endirim və hədiyyələr ilə təmin olunacaqlar☑️
  • Təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir☑️

➡️TƏLİMÇİ: Gülşən Cabbarlı

yapon.az saytının İdarə Heyəti üzvü, jacrazy.me edubloqunun qurucusudur. Artıq 7 ildir ki, yapon dili üzrə pedaqoji fəaliyyət göstərir. Yaponiyanın Tokyo, Osaka, Saitama, Kyoto, Hiroşima şəhərlərində yapon dili üzrə tədqiqat aparıb. Hana sensein artıq 12 tələbəsi təhsilini Yaponiyada davam etdirir, bir tələbəsi (Gülşən Ağayeva) Azərbaycan üzrə yapon dili natiqlik yarışında 1-ci və postsovet ölkələri arasında 4-cü yerin qalibidir, digər tələbəsi (Rimma İlyasova) dünya üzrə yapon dili inşa yarışında 3-cü yerin qalibi, Yaponiyanın çox izlənən kitabı olan “Nihontte donna kuni” adlı kitabında məqaləsi dərc olunub. Bakıda keçirilən JLPT imtahanından 50-dən artıq tələbəsi N5, N4, N3, N2 səviyyəsi üzrə beynəlxalq sertifikat əldə etmişdir. 2017-ci ildə üç tələbəsi Bakı Yapon dili Natiqliq yarışında güclərini sınayıblar. Bir tələbəsi (Gülər Nursu) 2-ci yer, digər tələbəsi (Xəyalə Alizadə) 3-cü yerin sahibi olub. Azyaşlı iştirakçılar sırasında olan digər tələbəsi (Selcan Qəhrəmanlı) Yaponiya səfirliyinin sertifikat və hədiyyəsi ilə təltif olunub. 2018-ci ildə 7 tələbəsi Bakı Yapon dili Natiqliq yarışında iştirak ediblər. Bir tələbəsi (Nəzrin Əliyeva) 1-ci yer, digər tələbələri (Ziba Sadıqova) 3-cü və (Aysu Həmidli) 4-cü yerə nail olmuşdur. Emil Hacılı və Mircəmil Tağıyev adlı tələbələri MEXT imtahanının qalibi olaraq Yaponiyada magistr təhsili üçün təqaüd qazanıblar.

Həmçinin, qonaq təlimçilər və yapon mütəxəssislər də iştirak edəcək.

  • Təlimin başlama tarixi: 29 İyul- 7 Avqust 12:00-14:00
  • Proqramın davametmə müddəti: 10 gün
  • Həftəlik plan: həftə içi hər gün / 2 saat;
  • 10 gün üçün qiymət: 15 AZN;
  • Çay fasiləsi daxildir.

Qeydiyyat üçün:

yaponaz2014@gmail.com

Ad, soyad və əlaqə vasitənizi göndərməklə qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün: yapon.az Instagram və Facebook səhifəsinə yaza bilərsiniz.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.