“10 gün içində yapon dili” layihəsi uğurla sona çatıb.

10 gün ərzində iştirakçılar, təlimçi Gülşən Cabbarlı-dan nəinki yapon dilini, həmçinin də Yaponiya mədəniyyəti və tarixi ilə də yaxından tanış olublar.

Təlimimizin qonaqları olan Nəzrin Əliyeva və Yapon aşpaz Ootama-san da Yaponiya mətbəxi ilə bağlı təcrübələrini iştirakçılar ilə bölüşüb. Yapon aşpazın, Yaponiya mətbəxi ilə bağlı sualları cavablandırması ilə yanaşı, Azərbaycan və Yapon mətbəxinin ortaq və fərqli cəhətləri müzakirə etməsi ilə təlimə ayrı bir rəng qatdığını xüsusilə qeyd etmək olar. Təlimin sonunda isə iştirakçılar Yaponiya restoranında yapon yeməklərinin dadına baxmaq şansı qazanıblar. Yapon yeməklərinin nəinki tarixini, həmçinin yapon yeməklərinin yemək üsulunu təlim boyunca öyrənmiş olduqlarına görə sərbəst şəkildə istədikləri yeməkləri sifariş verə bilirlər.

Təlimin praktik danışığa əsaslanaraq aparılması sayəsində, iştirakçıların Yaponiya səyahəti boyunca öz fikirlərini rahat ifadə edə biləcəklərini əminliklə demək olar.

Layihədə 15 nəfər iştirak edib, lakin dərslərdə fəal iştirak etdiklərinə görə 9 müvəfəqiyyətli iştirakçıya sertifikat təqdim edilib.

İştirakçıların təlim barəsində olan rəyləri :

Emir : Təlimlə bağlı fikirlərim çox müsbətdir. Düşünürəm ki, çox şey öyrəndim həm mədəniyyət, həm də dil olaraq bir çox bilmədiyim və maraqlı məlumatlar öyrəndim. Təlimin ortamı isə çox mehriban idi. İstər müəllimə olsun, istər tələbələr çox mehriban və gülərüz idi. Müəllimənin dərs keçmə metodunu çox sevirəm, dərsi çox əyləncəli və bəsit şəkildə bizə çatdırırdı və sadəcə tələbələrə məlumat verməkdə qalmayıb onlarla etkiləşimə girirdi və bu həmin mövzünu öyrənməyə çox kömək edirdi. Yaponaz-a təşəkkür edirəm. Yaponaz-ı çox sevdim və hələ bir çox lahiyəsində, dərslərində iştirak edəcəm. Məqsədim isə Yaponaz komandasına, həmçinin tələbələrinin arasına qatılmaqdı.

Elmar : Yapon dilinə marağı olub öyrənməy istəyən üçün əla bir başlanğıc və təcrübə idi. Bəzən youtube-da izləməklə öyrənmək çətin gəlir, biraz daha ünsiyyətə və praktikaya ehtiyacın olduğunu hiss edirsən. Yapon.az-a təşəkkürlər ki, belə bir səmimi ortamı və əyləncəli maraqlı dərs prosesini yaratmağa nail oldular. Çox sağolun.

Nərmin : 10 günlük Yapon dili və mədəniyyəti təlimi, mənim Yapon dilinə başlamağım üçün bir stimul oldu. Mən bu 10 gün ərzində Yapon dilində sadə sözlər və cümlələr qurmağı öyrəndim. Yaponiya tarixi və mədəniyyəti haqqında çoxlu yeni məlumatlar əldə etdim.
Yaponiyadan gələn qonaqdan və qonağımız Nəzrin xanımdan Yaponiya mədəniyyəti və mətbəxi haqqında maraqlı məlumatlar öyrəndik. Yaponaz-a çox təşəkkür edirəm bu təlimi təşkil etdiyi üçün.

Məhintac : 10 gün yapon dili seminari vasitəsilə, Yaponiyaya dair biliklərim çoxaldı, bilmədiyim çox şey öyrəndim, həm mədəniyyəti, həm həyat tərzləri və ən əsası dilləri barəsində. Bunun üçündə yaponaz-a dərin təşəkkürümü bildirirəm.

Əsmər : Bu təlimdə Yaponiyanın tarixi haqqında çox şey öyrəndim.İdman növləri,yeməkləri haqqında və s.dərslər çox marağlı keçdi. Həm kollektiv içində olmaq, həm müəllimənin marağlı yaponiya haqqında təəsüratlarını öyrənmək çox xoş idi.

Xanım : 10 günlük yapon dili seminarı mənim üçün çox maraqlı keçdi .Yaponşünaslıq ixtisasında təhsil almağıma baxmayaraq Yaponiyanın mədəniyyəti ,idman növləri ,tarixi haqqında bilmədiyim məlumatları da öyrəndim .Hər şeyə görə çox sağ olun.

Vüsalə: Yenidən sizlərlə bir qrupda iştirak etmək gözəl olar. Təşəkkürlər.

İştirakçılara uğurlar arzu edir, gələcək tədbirlərimizdə yenidən görüşmək ümidi ilə. yapon.az-la qalın 🙂

Layihəmizdən olan rəsimlər.

Buyurun:

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.