yapon.az və The Secret Business Academy-nin əməkdaşlığı ilə yeni layihəmizə qeydiyyat başladı!

YAPON DİLİ VƏ MƏDƏNİYYƏTİ PROQRAMI


Niyə yapon dili ?

Son zamanlar şərq dillərinə ehtiyac getdikcə çoxalır, xüsusən bu özünü ən çox yapon dilində göstərir. Ali təhsil müəssisələrində və bu dili xarici dillər arasında öyrənmək istəyənlərin sayı ildən ilə artır. Yapon dili Yaponiyanın rəsmi dövlət dilidir. Bu, dilin 125 milyondan çox istifadəçisi var. Dünyada ən çox danışılan dillərin sayına görə isə, 7-ci yeri tutur. Gəlin statistikanı kənara qoyaq, keçək əsas məsələyə.


Yapon dilini öyrənmək sizə nə bəxş edəcək ?

Yapon dilini bilməniz sizi hərkəsdən fərqləndirdiyi kimi sizə daha əyləncəli həyat bəxş edəcək.Bu dili öyrəndikcə həm əylənəcəksiniz, həm də yeni məlumatlar öyrənəcəksiniz.Siz, hərkəsdən fərqləndiyiniz kimi həm də yapon animelərini, filmlərini, kitablarını öz dilində oxuyan bəxtəvər insanlardan biri olacaqsınız.Yaponiya getmək və ya təhsil almaq şansı əldə etməklə yanaşı, yapon dünyasına daha yaxından bələd ola biləcəksiniz.Həyata daha fərqli baxacaqsınız, ən azı onlar kimi güclü və bilikli olmağı öyrənəcəksiniz.Həmçinin ən önəmlisi yaxşı işə sahib olmaq şansı qazanacaqsınız.


Layihədə nə əldə edəcəksiniz?
Layihə müddətində iştirakçılar öz aralarında və müəllim ilə yapon dilində danışacaqlar və həmçinin yapon dilində tədris vasitələrindən istifadə edəcəklər. Bu yanaşmanın hesabına lahiyə iştirakçıları tez bir zamanda ünsiyyət və gündəlik danışıq bacarıqlarına yiyələnəcəklər.

Nəinki, yapon dili, eyni zamanda Yaponiya mədəniyyəti, tarixi və təhsil sistemi ilə də ətraflı tanış olacaqsınız.


QEYD:

  • Təlimi uğurla bitirən seçilmiş şəxslər endirim və hədiyyələr ilə təmin olunacaqlar☑️
  • Təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir☑️

➡️TƏLİMÇİ: Gülşən Cabbarlı

yapon.az saytının idarə heyəti nümayəndəsi, jacrazy.me edubloqunun qurucusudur.Artıq 7 ildir ki, yapon dili üzrə pedaqoji fəaliyyət göstərir.Yaponiyanın Tokyo, Osaka, Saitama, Kyoto, Hiroşima şəhərlərində Yapon dili üzrə tədqiqat aparıbdır.Hana sensein artıq 12 tələbəsi təhsillərini Yaponiyada davam etdirir, bir tələbəsi (Gülşən Ağayeva) Azərbaycan üzrə yapon dili natiqlik yarışında 1-ci və PostSovet ölkələri arasında 4-cü yerin qalibidir, digər tələbəsi (Rimma İlyasova) dünya üzrə yapon dili inşa yarışında 3-cü yerin qalibi, Yaponiyanın çox izlənən kitabı olan “Nihontte donna kuni” adlı kitabında məqaləsi dərc olunubdur. Bakıda keçirilən JLPT imtahanından 50-dən artıq tələbəsi N5,N4,N3,N2 səviyyəsi üzrə beynəlxalq sertifikat əldə etmişdir. 2017-ci ildə üç tələbəsi Bakı Yapon dili Natiqliq yarışında güclərini sınayıblar. Bir tələbəsi ( Gülər Nursu) 2-ci yer, digər tələbəsi ( Xəyalə Alizadə) 3-cü yerin sahibi olubdur.Az yaşlı iştirakçılar sırasında olan digər tələbəsi (Selcan Qəhrəmanlı) Yaponiya səfirliyinin sertifikat və hədiyyəsi ilə təltif olunub. 2018-ci ildə 7 tələbəsi Bakı Yapon dili Natiqliq yarışında iştirak ediblər. Bir tələbəsi (Nəzrin Əliyeva) 1-ci yer, digər tələbələri (Ziba Sadıqova) 3-cü və (Aysu Həmidli) 4-cü yerə nail olmuşdur. Emil Hacılı və Mircəmil Tağıyev adlı tələbələri MEXT imtahanının qalibi olaraq Yaponiyada magistr təhsili üçün təqaüd qazanıblar.

  • Təlimin başlama tarixi: 13 İyul / 12:00
  • Proqramın davametmə müddəti: 10 gün
  • Həftəlik plan: hər gün / 3 saat;
  • Qiymət: 15 AZN;
  • Coffee-Break daxildir.

Qeydiyyat üçün:

yaponaz2014@gmail.com

Ad, soyad və əlaqə vasitənizi göndərməklə qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün: yapon.az Instagram və Facebook səhifəsinə yaza bilərsiniz.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.