2019-cu ilin may ayında Hokkaidoda hərracda iki yemiş 5 milyon yenə satılıb. Bu rəqəm 45 min abş dollarından çoxdur. Yaxşı, bəs bu meyvəni belə baha edən nədir?

Bütün Yaponiya boyunca yaşıl hiqo, kral yubari növündən andesə kimi müxtəlif adda qovunlar yetişdirilir və bu, ciddi biznesdir. Yaponiyada ən çox qovun istehsal edən nömrə 1 prefektura isə Hokkaido, İbarakidir. Apreldən noyabr ayına qədər yüksək keyfiyyətli qovun istehsalçısı olan İbaraki və ətraf şəhərlərdə aprel-iyun ayları arasında həftəlik “qovun tədbirləri” keçirilir. Qovun şirəsi, dondurması və şiriniyyatları, yemiş çörəyi və xüsusilə də Sapporonun Morimoto markalı yemişli kökələrinin dadına mütləq baxmaq lazımdır.

Kral Yubari. Hokkaido
Kral Yubari. Hokkaido

Əslində qovun məhz bu ölkəyə xas, dadmalı olduğunuz ənənəvi bir qəlyanaltı deyil, lakin Yaponiyanın hədiyyə vermə mədəniyyətində böyük rol oynayan lükslərdən biridir və bu yemişlər təkcə dadı ilə deyil, həm də görünüşü ilə insanları heyran edir. Məsələn, yerli poçtlarda kiməsə göndərmək üçün qovunları ilə sıra gözləyən orta və ya yaşlı nəslin nümayəndələrindən cütlükləri çox görmüşlüyüm vardır.

Meyvə yoxsa sənət əsəri?!

İndi keçək əsas məsələyə. Fermerler deyir ki, hər yemiş tam yetişmək üçün 100 gün istəyir, onlar da il boyu yetişdirdikləri qovunlara daimi qayğı göstərirlər.

“Tac” qovun ən məşhur növlərindən biridir. Tac qovununun mövsümündən asılı olaraq yetişən 20 müxtəlif çeşidi var. Tokio şəhərindəki “elit” meyvə dükanına girdiyinizdə onlara məxsus qablaşdırmanı (tac şəklində yarlıqla) görmək mümkündür. Bu növ yalnız Yaponiyanın mərkəzində, Şizuoka prefekturasında yetişdirilir və həmin qovunun hər biri 200 ABŞ dollarından baha satılır. Kütləvi şəkildə satış üçün yetişdirilən 5 dollarlıq çeşidindən fərqli olaraq tac qovunlar hər an diqqət və qayğı tələb edərək yetişdirilir. (Fumiyoşi Çucyo ailəsi 60 ildir ki, Fukuroi yaxınlığındakı fermada bu təsərrüfatla məşğuldur.)

Şizuokada yetişdirilən yemişlərin xüsusiyyətlərindən biri də “yataqlarında” (torpaqdan ayrılaraq salxımvari, bir sırada dik qaldırmaq) böyüdülməsidir. Onların torpaqdan ayrı saxlanılması vacibdir. Bu, il boyu məhsul əldə edə bilmək üçündür. Yüksələn “yataqlar” fermerlərə hər bir bitkinin dəqiq aldığı su miqdarına nəzarət etməyə imkan verir, kondensasiya və qızdırılma nəticəsində il boyu temperatur daim sabit saxlanılır. Beləcə, yay və ya qış demədən eyni gözəl dadı əldə etmək mümkün olur.

Tac qovunlar əsasən 4 dərəcədə qiymətləndirilir: fuci, yama (dağ), şiro (ağ), və yuki (qar). Hətta gözə çarpmayan deffekt aşkarlanarsa, həmin yemişlər yuki kimi qeydə alınır, digər dərəcələr isə meyvənin tərkibindəki şəkərin miqdarı və xarici görünüşünə görə verilir. Adətən 1000 yemişdən 55%-i şiro, 25%-i yama və yalnız 0,1%-i fuci kimi təsnifləşdirilir. Təqribən 50 gün sonra bitki çiçəkləyir və meyvələr əmələ gəlməyə başlayır. Lakin çətin iş hələ qabaqdadır.

1. Yemiş yataqları 2. Yemişlərin kağışlarla örtülməsi 3. Yetişmiş meyvə 4. Göndərilmək üçün toplanmışdır Mənbə: Nippon.com
1. Yemiş yataqları 2. Yemişlərin kağızlarla örtülməsi 3. Yetişmiş meyvə 4. Göndərilmək üçün toplanmışdır. Mənbə: nippon.com

Beləliklə, meyvənin yetişdiyi dövrdə yatağında 2-3 məhsul saxlanılır və qalanları dincə göndərilir. Bir həftə sonra 3 məhsuldan da formaca ən yaxşı olan və heç bir zədəsi olmayan seçilir, yəni – hər “ağacdan” yalnız bir meyvə. Meyvələr böyüdükcə onları qorumaq üçün kağız ilə örtürlər. Adi qovunun üstündəki “tor” naxışlar təbiidir, lakin bu halda yemişlər suni şəkildə böyüdülür ki, üstündəki naxışlar daha aydın sezilsin. Yaponlar da məhz bu naxışın nə dərəcədə gözəl olmasından asılı olaraq, yemişə qiymət verirlər.

Lakin iqlimin ani dəyişikliyi qovunun üzərində daha iri və dərin çatların əmələ gəlməsinə və ya ümumiyyətlə əmələ gəlməməsinə səbəb ola bilər. Buna görə də hər qovun əllə sulanır. Bu da qovunu bahalaşdıran məqamlardan biridir. Qovun tamamilə yetişənədək xüsusi əlcəklərlə ona masaj da edilir və cilalanır.

Bütün bunlardan sonra, Yaponiyadakı fermerlər könül rahatlığı ilə qovunları baha sata bilirlər, axı onlar hər gün və hər an onların üstünə titrəmiş və əziyyət çəkmişlər, sulamış, üstünü örtmüş, gündən və soyuqdan qorumuş, onlarla söhbətləşmiş, sevgi və əmək vermişlər. Onlar artıq adi yemiş deyil, demək olar ki, sənət əsərinə çevriliblər…

Sevinc Nur © yapon.az 2019
Advertisements

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.