Yaponiyada bir çox festivalların başlanması yayn gəlişindən xəbər verir. Yosakoi Soran festivalı da bunlardan biridir. Yosakoi Soran Yaponiya mədəniyyətilə yaxından tanış olmaq və ya ruhunu hiss etmək üçün vacib sayıla bilər. Təbii ki bu hadisənin bir parçası ola bilmək daha yaxşıdır.

Yosakoi Soran 2019. Odori. Sapporo. Mənbə: sapporo.travel
Yosakoi Soran 2019. Odori. Sapporo. Mənbə: sapporo.travel

1992-ci ildən Sapporoda keçirilən Yosakoi Soran festivalı 5 gün davam edir və hər gün burada müxtəlif rəqslər nümayiş etdirilir. İlk iki gün festivalda ancaq Sapporo komandaları çıxış edir. Üçüncü gün – Soran Gecəsidir. Son iki gün paradlar və küçə rəqsləri nümayiş olunur. Bütün bunları yaxından izləyə bilmək üçün bilet almaq lazımdır. Biletlər heç də ucuz deyil.

Son iki gün paradlar və küçə rəqsləri nümayiş olunur. Biletiniz yoxdursa bütün rəqsləri izləyə bilmək üçün bütün günü ordan-ora qaçan rəqqasələrin arxasınca düşməli olacaqsınız (mənim kimi 😀 ).

Həmçinin, şəhərin müxtəlif yerlərində səhnəciklər oynanır.

Beş günlük festival iyun ayının ilk çərçənbə günü başlayır və son iki gün mütləq şənbə, bazar günlərinə təsadüf edir.

Hər il festivalda 30.000 rəqqas və 2 mln ziyarətçi iştirak edir. Burada adətən Saxalindən gələn rusiyalı rəqqaslar da çıxış edirlər.

Qısa arayış

Yosakoi (よ さ こ い) rəqsləri Yaponiyada meydana gələn və ölkənin hər yerində festival və tədbirlərdə ifa olunan unikal bir rəqsdir. İlk Yosakoi festivalı 1954-cü ildə Koçi şəhərində keçirilmişdir. Hazırda yosakoi tərzi rəqs Yaponiyanın bir çox hissəsində yayılmışdır. Rəngarənglik sadəcə rəqs tərzində deyil, geyim və aksesuarlarda da özünü göstərir. Yosakoi tərzi ənənəvi yapon rəqs hərəkətlərini və ya onların müasirləşmiş, daha dinamik şəklini çağdaş musiqi ilə birləşdirir. Rəqslər çox vaxt komandalar tərəfindən həyata keçirilir. Bir sıra professional yosakoi məktəbləri və şəhər rəqs komandaları ilə yanaşı yosokai tərzi, Yaponiyanın ibtidai, kiçik və orta məktəblərin təşkil etdiyi idman festivallarında da məşhur bir hadisədir. Yosakoi rəqs iştirakçıları demək olar ki, hər yaşdan kişilər və qadınları əhatə edir – hətta bir komandaya daxil olurlar.

Rəsmi yosakoi rəqsi Takemasa Eisaku tərəfindən yazılmış (ing.) “Yosakoi Naruko Dancing” mahnısına əsaslanır. Bu mahnı üç musiqi elementlərini birləşdirərək yaradılmışdır: “Yosakoi buşi”, “Yokçore” (uşaq mahnısı), “Cinma-mo” (Koçi prefekturasında xalq mahnısı). Koçidə keçirilən ilkin yarışma müsabiqədə iştirak edəcək hər komandanın ifa edəcəyi musiqisiyə orijinal mahnının bir hissəsinin daxil edilməsini tələb edir. Digər şəhərlərdə keçirilən müsabiqələr və festivallarda bu, tələb olunmur (beləliklə, komandaların öz musiqisini tərtib etməyə imkanları var) və onlar fərqli yerli xalq mahnılarının elementlərini istifadə etməkdə sərbəstdirlər. Takemasa “Yosakoi Naruko Dancing”in müəlliflik hüququnu ictimaiyyətə açıq elan etmişdir.

Sevinc Nur © yapon.az 2019

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.