大仙陵古墳

⌈Daisenryōkofun⌋

Kurqanlar ölüləri dəfn etmək üçün qədim üsullardan biridir, bu adət Çin və Koreya kimi ölkələrdə də müşahidə olunur. Yaponiyada kurqanlar III-VII əsrlərdə yüksək sosial sinfin nümayəndələri, xüsusilə də imperator ailəsi üzvlərini dəfn etmək üçün yaradılırdılar. Deyilənə görə, ölkədə təxminən 200 mindən çox kurqan vardır.

Daisen Kofun Yaponiyanın Osaka prefekturası, Sakai şəhərində yerləşən kurqandır. Kurqan və ya kofun ərazisinin sahəsinə görə dünyanın ən böyük qəbiri hesab olunur. Daisen Kofun geniş ərazini əhatə edən Mozu türbələri kimi tanınan daha böyük qəbir kompleksinin bir hissəsidir.

daisenkofun
Mozu qəbirlər kompleksi

Daisen məzar kompleksinin Kofun dövründə (b.e. 250-538), 5-ci əsrin ortalarında, 20 il (bəzi mənbələrdə 16 il) müddətində tikildiyi güman edilir. Dəqiq olmasa da, məzarın mərhum imperator Nintoku (16-cı imperator) üçün tikildiyi qəbul edilir (Yaponiyanın İmperator Sarayı Agentliyinin (宮内庁 ⌈Kunai-çō⌋ rəsmi mövqeyi bu yöndədir).

Daisen Kofun təxminən 500 m uzunluğundadır (açıqlanan rəsmi rəqəm 525 m-dən 486 m-ə düşüb), ən geniş nöqtədə eni 300 m-dir, bütün məzar sahəsinin uzunluğu isə 840 m-dir. Üç xəndəklə əhatə olunmuş kurqan ətraf ərazilərdən təxminən 35 m yuxarı qalxır. Ən geniş daxili oyuq təxminən 60 m-dir. Kurqanın sahəsi təxminən 100.000 kvadrat metr, bütün türbənin sahəsi isə 460.000 kvadrat metrə bərabərdir.

İmperator Sarayı Agentliyi yaydığı məlumatda türbənin 5-ci əsrdə inşa edildiyi zaman ən azı 40 m böyük olduğunu açıqlamışdır. Hesab olunur ki, türbə tikildiyi vaxtlarda xəndəklərdəki suyun səviyyəsi daha dayaz imiş. Ümumiyyətlə, hazırda qəbir kompleksi ilk Çin imperatoru Qinin Türbəsi, Misirdə Xeops ehramı ilə yanaşı dünyanın 3 böyük məzar kompleksindən biridir və ərazisinə görə ən böyüyüyüdür, uzunluğuna görə Xeopsu 2 dəfə üstələyən kurqan, hündürlüyünə görə daha qısadır.

Daisen Kofun. Xeops ehramı, İmperator Qinin türbəsi ilə Daisen kurqanının müqayisəli ölçüləri üzrə sxem
Daisen Kofun. Xeops ehramı, İmperator Qinin türbəsi ilə Daisen kurqanının müqayisəli ölçüləri üzrə sxem

2010-cu ildə Yaponiya hökuməti Daisen Kofun və Mozu, Furuiçi türbələr  qrupunun UNESCO-nun Dünyanın Mədəni İrsi siyahısına daxil edilməsi təklifini irəli sürüb.

daisen kofun

Bu gün məzarlıq Sakai Şəhəri mərkəzindəki İmperator Sarayı Agentliyi tərəfindən qorunur və 1872-ci il qasırğasından sonra ziyarətçilərin üzünə bağlıdır. Qasırğa böyük daş tabutun açılmasına səbəb olmuş, nəticədə şüşə qablar, qızıl və mis qılınc və zirehlərin aşkarlanmasına gətirib çıxarmışdı. Boston İncəsənət Muzeyində burada aşkarlanan əsərlərin saxlanıldığı deyilir. Bununla yanaşı arxa kurqan heç vaxt açılmamışdır.

Dövrümüzdə xəndəklər balıq və su quşları üçün qoruğa çevrilmişdir. Kurqanın özü təbii şəkildə bitki örtüyünə bürünmüşdür (erroziyanın qarşısını almaq üçün meşə örtüyü yox edilmir). Sahənin cənub tərəfində, ikinci (orta) xəndəkdən ərziyə baxmaq üçün platforma vardır. İzləmə platforması Hanva xətti üzərində Mozu stansiyasından 500 m məsafədə yerləşir. Bura Sakai Şəhər Muzeyinin birbaşa qarşı küçəsidir. Muzey qonaqlara kofun və onun tarixi haqqında daha ətraflı məlumat verməkdədir.

Sevinc Nur © yapon.az 2019
Advertisements

Xeyirxahlığı kindən tez unutma.

Yapon atalar sözü

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.