Tokyoda kitablarla dolu olan bu sevimli otel, kitabsevərlərin yuxusu olacaq!

“Book and Bed” – Tokyoda yerləşən bu yuxu kimi oteldə elə ab-hava yaradılıb ki, buradan ayrılmaq heç də asan deyil. Qiyməti cibə uyğun, insana xoşbəxtlik verən bu qonaqlama yerində gecələmək istəyənlər üçün yaponca və ingiliscə minlərlə kitaba ev sahibliyi edən rəflər vardır.Heç nə bir fincan çay və yaxşı bir kitabla yatağınızda, bu möcüzəvi otelin vəziyyətində isə dünya klassiklərindən bir neçə min ədəbi əsərlə gözəl vaxt keçirməyinizlə müqayisə edilə bilməz. Kiçik, lakin şirin, 30 yataqdan ibarət “Book and Bed” qonaqlarına hər cür möhtəşəm kitablarla dolu olan rəflərin arxasına gizlənmiş kiçik kub-otaqlar içində yatmaq imkanı verir.

1book and bed

İkebukuro ərazisində yerləşən və Hiroşima mərkəzli olan “Suppose Design Office”in memarları tərəfindən lahiyələşdirilən bu otel, kitabsevərlər arasında “qonaqlamalı kitabsevər” adlandırılmışdır.

Bəs, oteldə sizi nələr gözləyir? Otelin internet saytı sizə açıq şəkildə rahat yataqlar, yumşaq yastıqlar, yüngül və sizi isidəcək quş tükündən yorğanlar tapmayacağınızı söyləyir. Bunların əvəzinə qonaqlarını ən sadə formada yatana qədər kitab oxumaq üçün dəvət edir, onsuz da yuxular ölkəsinə girmək üçün bundan daha yaxşı bir yol da ağıllara gəlməzdi…

book and bed

Məkanın sahibi olan R-Storedan Rikimaru belə söyləyir: “Rahat yataq olsa belə, bəzən daha marağı cəlb edən yerdə olmaq istəyirsiniz… Biz də insanların xoş zaman keçirərək yatabiləcəyi bir yer yaratmaq istədik”.

Rahat olub-olmamasına baxmayaraq, otel kitab qurdları üçün sanki ədəbiyyatın hər sahəsindən kitabları özündə cəmləşdirən bir cənnətdir. Əgər yaponca anlamasanız, Natsume Sosekinin “Kokoro” adlı əsərini və ya XIV əsrdə (1300-cü illər) buddist kahin Yoşida Kenko tərəfindən qələmə alınan 徒然草 ⌈Tsurezuregusa⌋ (hətfi “Boş vaxtda/can sıxıntısında qeydlər”, ing. “Essays in Idleness”) adlı əsərin ingilizcə tərcümələrini tapa bilərsiniz.

Əgər bu cür kitablar sizin marağınızı cəlb etmək üçün kifayət etmirsə, bunu eşidəndə xoşbəxt olacaqsınız: oteldə “Harry Potter” də daxil olmaqla, dünya ədəbiyyatından bədii və publisistik əsərlərə sahibdir.

book and bed2

Bir yatağın qiyməti gecəlik 34 dollara qədər qalxır. Hər “otaq” sadə olaraq dizayn edilmişdir, yanlızca bir döşək və gecə lampası vardır. Sizi xoşbəxt edəcək digər mövzu isə pulsuz wifi-ın olmasıdır.

Əgər Kyotonu ziyarət edəcəksinizsə, sizə, daha bir əla xəbərim var. Yaxın zamanda şəhərin mərkəzində daha bir “Book and Bed” açılıb. Artıq bu da ziyarət etməyiniz üçün səbəblərdən biri oldu deyə düşünürəm.

Otel, “bir kitab gecəsi edin” deyir.

Mənbə: Theculturetrip
Şəkillər: “Bok and bed”, booking.com
Xəyalə Əlizadə © yazpon.az 2019
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.