və ya Amavari əfsanəsi

Katsuren qalasında tapılan qədim Romaya aid sikkələr bu ölkə ilə Yaponiya arasında əlaqələr haqqında sualları gündəmə gətirib

Yaponiyanın Okinava adasında yerləşən Katsuren qalasında 4 ədəd Roma sikkəsi tapılıb. Miladdan sonra 300-400-cü illərə aid bu sikkələrin qalaya necə gəlməsi hələ də müzakirə edilir. Mövzu ilə bağlı açıqlama verən Seeker, bu sikkələrin əvvəllər ameriklı əsgərlər tərəfindən düşürülmüş mədən pulları təxmin edildiyini, ancaq təmizləndiklərində sikkələrin üzərində Roma imperatoru İ.Konstantinə aid təsvirlərə rast gəlindiyini söyləyib. Yaponiyalı arxeoloq Hirogi Miyagi kəşfin böyük bir “şok” ilə qarşılandığını bildirib, bəzi mənbələr sikkələrin “zarafat” olduğunu düşünüblər.

Yaponiyanın cənub-qərbindəki Okinava şəhərindəki Katsuren qalasında Roma sikkələri aşkar edilmişdir. EPA / Uruma Şəhər Təhsil Şurası. Mənbə: theconversation.com
Yaponiyanın cənub-qərbindəki Okinava şəhərindəki Katsuren qalasında Roma sikkələri aşkar edilmişdir. EPA / Uruma Şəhər Təhsil Şurası. Mənbə: theconversation.com

“Japan Times” sikkələrin təxminən 1.6-2 ölçüdə olduqlarını açıqlayıb. Sikkələrin üzərindəki təsvirləri aşınma səbəbiylə görmək çətindir, amma x-ray (x-ray struktur analizi – materialın mərhələli identifikasiyası üçün istifadə edilən sürətli analitik üsul) araşdırmaları təsvirlərin əlində mizraq tutan əsgər ilə imperator İ.Konstantin olduğunu aşkar edib.

Yaponiyanın Okinawa şəhərində Katsuren qalasında tapılan sikkələr. Uruma Şəhər Təhsil Şurası. Mənbə: theconversation.com
Yaponiyanın Okinawa şəhərində Katsuren qalasında tapılan sikkələr. Uruma Şəhər Təhsil Şurası. Mənbə: theconversation.com

Sikkələr 25 noyabra qədər Okinava adasının mərkəzində yerləşən Uruma şəhərində olan Yonaqusuku Tarixi Muzeyində sərgilənib.

Tədqiqatçılar Roma sikkələrindən əlavə, 1600-cü illərə aid Osmanlıya aid sikkələr də tapıblar. Qalada 2013-cü ildən etibarən aparılan qazıntı işləri nəticəsində daha 5 sikkə tapılıb.

Katsuren qalası 1300-cü ilin sonları və 1400-cü ilin əvvəllərində inşa edildikdən 200 il sonra tərk edilib. Qalaya aid qalıntılar 2000-ci ildə UNESCO tərəfindən siyahıya əlavə olunub.

“Japan-guide.com” saytında qalaya aid məhşur bir əfsanə yayımlanıb. Əfsanə qalanın onuncu lordu Amavari ilə əlaqəlidir. Hekayəyə əsasən Amavari xəstə bir uşaq imiş və ölməsi üçün dağlara buraxılıb. Ancaq uşaq həyatda qalaraq güclü bir lider olur və işğalçı lordu məğlub edərək Katsuren qalasını alır.

Əslində Amavari əfsanəsi haqqında daha çox məlumat var. Ardı gələn yazıda olmaq şərtilə xoş oxumalar…

Xəyalə Əlizadə © yapon.az 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.