Ən məşhur klassik əsəri 11-ci əsrə aid “Genci monoqatari” hesab edilən Yaponiya ədəbiyyatı qədim tarixə malikdir. Adətən “qaranlıq”, lakin yumor dolu Yaponiya ədəbiyyatı mədəni anlamda əzmkar bir millətin əsas xüsusiyyətlərini bizlərə göstərməkdədir. Bu yazımda, Haruki Murakamidən Yasunari Kavabataya qədər seçdiyim və oxumalı olduğunuz əsərlərə birlikdə göz atacağıq.


«I»

“Gözləyən qadın”/ 女坂

⌈onnazaka⌋, 1949-57, Fumiko Ençi

onnazaka

“Onnazaka” romanı Meici dövrü Yaponiyasında əzab-əziyyətli həyatı əks etdirən ən gözəl əsərlərdəndir. Əsərin baş qəhrəmanı Tomo adlı qadın ona xəyanət edən bir kişi ilə evlidir və o, əsər boyu həyatı və evliliyi üçün mübarizə aparır. Lakin Tomonun ərinin həyatına daxil olan hər yeni qadın, qəhrəmanın öz vəziyyətini dəyişdirməkdə nə qədər gücsüz olduğunu təsdiq edir.

Fumiko Ençi Yaponiyanın görkəmli yazıçılardan biri hesab olunur, onun əsərləri əsasən dövrünün, patriarxal cəmiyyətdə qadının ağır vəziyyətini əks etdirir. Romandakı hadisələr Meici dövründə cərəyan etsə də, xarakterlər və yaşadıqları əzablar günümüzün oxuyucuları üçün də keçərliliyini qoruyur.

 

«II»

 

“Qar ölkəsi”/ 雪国

⌈yukiquni⌋, 1952, Yasunari Kavabata

yukiguni

Yasunari Kavabatanın tədricolunma və laqeydliyi özünəməxsus şəkildə təsvir etdiyi “Qar ölkəsi” əsərində hadisələr Yaponiyanın il ərzində daha çox qar düşən şimal bölgələrindən birində baş verir. Hekayə, isti su qaynaqları ilə zəngin, geişaların da çox olduğu tətil kəndini ziyarət edən, orta yaşlarda, avara və insanlardan uzaqlaşmış Şimamuranın baxış bucağından danışılır. Şimamura geişalardan biri ilə könülsüz eşq münasibəti qurur və Tokioda olan həyat yoldaşı və uşağına  biganə olmaqdan peşman deyildir. 

Bu roman Kavabatanın beynəlxalq səviyyədə tanınmasına səbəb olur, həmçinin, 1968-ci ildə ona ədəbiyyat sahəsində Nobel mükafatını qazandırır. Əsərin dili daim yağan qarın fonunda çətinliklə qazanılan hər hansı bir emosional istiliyi hiss etdirəcək qədər lirik və heyrətləndiricidir.

«III»

“Sahildə Kafka”/ 海辺のカフカ

⌈umibe no kafuka⌋, 2002, Haruki Murakami

kafka on the shore

“Sahildə Kafka” əsəri Haruki Murakaminin ədəbi dünyasına səyahət etmək üçün mükəmməl bir əsərdir. Bexnəlxalq səviyyədə geniş oxucu kütləsinə sahib olan müəllif 2014-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına ən güclü namizədlərdən biri idi. Roman onun əsərlərini dərhal tanıdan hər şeylə zəngindir: insanlardan daha çox bilən pişiklər; klassik musiqi və pop mədəniyyətinə istinadlar; itmiş və başıboş qəhrəmanlar və cavabı verilməyən metafizik sirləri tapmaq üçün mərhələli analiz etmə.

Yalnız Murakami, britaniyalı illüstrator Tom Braun (ing. Tom Browne) tərəfindən çəkilən dünyanın ən məşhur viskisi üzərindəki addımlayan Conni Volkeri (ing. Johnnie Walker) canlandıra və onu, Conni Blekin başqa heç bir şüşəsinə eyni gözlə baxmayacaq qədər həyəcanlı edə bilərdi.

Xəyalə Əlizadə © yapon.az 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.