Yaponiya Səfirliyi aşağıda göstərilən cədvələ əsasən 2019-cu il üçün yapon dili üzrə bacarıqlı şəxslərin Yaponiyada qısamüddətli təlim proqramında iştirakı üzrə sənəd qəbulu elan edir.


Müraciət edən şəxslərdən aşağıda qeyd olunan sənədləri doldurub, 15 aprel (bazar ertəsi), saat 17:00-dək səfirliyə təqdim etmələri xahiş olunur. Sənədləri doldurmazdan əvvəl “Müraciət üçün şərtlər toplusunu” diqqətlə oxumağınız xahiş olunur.

1. Müraciətçiyə olan şərtlər, təlimin müddəti və məzmunu haqqında aşağıdakı linkdəki “Müraciət üçün şərtlər toplusundan” məlumat əldə edə bilərsiniz. Müraciətçilərin hər birindən diqqətlə oxumaqları xahiş olunur.

【Təlimin müddəti】2019-cu il 4 sentyabr(Çərşənbə)~ 18 sentyabr(Çərşənbə)(15 gün Yaponiyada qalma müddəti + yola sərf olunan müddət)
【Təlimin məzmunu】Yapon dili və Yaponiya haqqında məruzələr, Yapon mədəniyyəti ilə tanışlıq dərsləri, mədəni və tarixi abidələrin ziyarəti və s.
【Azərbaycandan seçiləcək iştirakçı sayı】1 nəfər

【Müraciətçi üçün şərtlər(qısa məlumat)】 (Bütün şərtləri daha dəqiq “Müraciət üçün şərtlər toplusundan” oxumağınız xahiş olunur)
●Yapon dili Bacarıq İmtahanının N4 səviyyəsindən yuxarı yapon dili bacarığı olan şəxslər 
※Lakin, Yapon dili Bacarıq imtahanında N4 səviyyəsindən yuxarı nəticə göstərməyən və ya JLPT imtahanında heç iştirak etməmiş şəxslər də bu imtahanda iştirak edə bilərlər.
●2019-cu il 4 sentyabr tarixində 18-54 yaş həddində olacaq şəxslər. 20 yaşdan aşağı olan şəxslər üçün valideyn və ya himayədar tərəfindən razılıq lazım olacaqdır.
●2014-cü il 4 sentyabr tarixindən sonra Yaponiyada davamlı olaraq 7 gündən artıq qalmamış şəxslər
●Hal-hazırda yapon dili müəllimi kimi fəaliyyət göstərməyən şəxslər

2. Seçim cədvəli

TarixMəzmun
1 aprel  Sənəd qəbulunun başlanması
15 aprel (bazar ertəsi) saat 17:00-dəkSənəd qəbulunun son günü
Qeyd: Bu tarixədək aşağıdakı sənədlər qəbul olunacaqdır:Müraciət forması (申請書)Təqdimat forması (自己紹介書) Pasportun surəti Yapon dili Bacarıq imtahanının nəticəsini təsdiq edən sertifikat (əgər varsa) Yapon Dili Natiqlik müsabiqəsində qazanılmış sertifikat (əgər varsa)
4 may (şənbə) saat 11:00
 (Qeyd: tarix və ya saat dəyişə bilər) 
Yapon dili üzrə yazılı imtahan(90 dəqiqə)
Məkan: Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat Otağı (5-ci mərtəbə)
Qeyd: məkan dəyişə bilər. Dəqiq məkan sizə 15 aprel tarixindən sonra bildiriləcəkdir.   
Yazılı imtahanın nəticələrinin elan olunması
İmtahan mərhələsindən keçmiş şəxslərdən “Sağlamlıq haqqında arayış” təqdim etmələri xahiş olunacaq.
Mayın birinci yarısı     Müsahibə   ※Müsahibənin tarixi və digər detallar yalnız imtahan mərhələsindən keçmiş şəxslərə bildiriləcək

3. Sənədlərin siyahısı
Sənəd qəbulunun son tarixi: 【15 aprel (bazar ertəsi) saat 17:00-dək】
(1) Müraciət forması
(2) Təqdimat forması
(3) Pasportun surəti (şəkil olan hissə)
(4) Yapon dili Bacarıq İmtahanının nəticəsini təsdiq edən sənəd(yalnız sertifikatı olan şəxslər)
(5) Yapon dili Natiqlik müsabiqəsində (Bakı Yapon dili Natiqlik müsabiqəsi və ya GUAM Yapon dili Natiqlik müsabiqəsi) iştirak edib yer qazanmış şəxslərdən həmin sertifikat və ya sertifikatların surətini təqdim etmələri xahiş olunur.

※ Müraciət üçün lazım sənədləri ( 1, 2, 3, 4, 5 nömrəli sənədlər) səfirliyimizə birbaşa yaxınlaşıb təqdim etməyiniz və ya poçtla göndərməyiniz xahiş olunur. Poçt vasitəsilə sənədləri göndərən zaman zərfin üzərinə 「Japanese–Language Program for Overseas Students (Outstanding Students) 2019 qeyd etməyinizi xahiş edirik.

(6) Sağlamlıq haqqında arayış (İlkin mərhələdə tələb olunmur) 【Yalnız yazılı imtahan mərhələsindən keçən şəxslər】
※ Yazılı imtahan mərhələsindən keçmiş şəxslərin “Sağlamlıq haqqında arayış” sənədini mayın ilk həftəsi təqdim etmələri lazım olacaq.

Advertisements

4. Əlaqə
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Mədəniyyət və Məlumat şöbəsi (Məsul şəxs: Yüzbaşova Günel)
Telefon nömrəsi: 012 490 78 18 /19 (2)
E-mail adresi: culture-info@bk.mofa.go.jp

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.