Yaponiyada şirkətlərdən biri işçilərinin daha çox yuxu alması üçün onlara ödəyir

Tokioda yerləşən “Crazy Inc.” şirkəti iş prosesində işçilərinin yaxşı dincəlmiş, məhsuldar və xoşbəxt olması üçün gecə ən azı altı saat yuxu alanlara “ballar” (xal) təklif edir. Həmin xallar həftədə ən azı beş gün şirkətin yeməkxanasında dəyişdirilə bilər. Ən çox yuxu alan işçilər ildə 570 dollar dəyərində xal toplaya bilərlər. Yuxu məlumatlarını isə şirkət tətbiq vasitəsilə izləyir. Layihə yuxu azlığı ilə əlaqədar yaranan bir sıra problemləri həll etmək məqsədi daşıyır.

Əgər siz, kifayət qədər yuxu almırsınızsa, bundan əziyyət çəkən yalnız işiniz olmur. Xroniki yorğunluq yüksək təzyiq, depressiya və potensial ölümcül ürək problemləri kimi ağır nəticələrə yol aça bilir. Tibbi baxımdan yetərli yuxu almaq bir lüks deyil, öncəlikdir.

Yuxunun yetərli olmaması iqtisadiyyata da ciddi təsir göstərə bilər. Yaponiyanın iqtisadiyyatı yuxusuzluqla əlaqədar yaranan sağlamlıq problemləri səbəbindən ildə 138 milyard dollar itirir. ABŞ-da isə həmin göstərici 141 milyard dollar təşkil edir.

Şəxsi təcrübə: Yaponiyada yuxarı sinif şagirdlərinin əksəriyyəti dərsdən sonra işə gedir və yenə dərsdə iştirak etmək məcburiyyətində olduqlarından səhər saatlarında dərsə gəlib sinif otağında yatırlar. Bəziləri adi iş saatlarında qazandıqlarından (məsələn, izakayalarda saatbaşına 700 yen) cüzi fərqlə daha çox pul qazanmaq üçün (1000 yen) gecəyarısı işləməyə çalışırlar. Yaponiya bəlkə yeganə İEÖ-dəndir ki, burada müəllimlərin “overwork time”ı üçün maaş ödənmir…

Materail “Bloomberg”, “Harvard Medical School”, “RAND Corporation”a istinadən hazırlanıb.
Sevinc Nur © yapon.az 2019

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.