Yaponiya hökumət komissiyasının verdiyi açıqlamaya görə, növbəti 30 ildə Yapon çökəkliyi boyunca 7 bal gücündə zəlzələlərin maksimum baş vermə ehtimalı 90%-dən çoxdur.

earthquake1

Sakit okeanı ərazisində Yaponiyanın şərqində yerləşən Yapon çökəkliyi (yap. 日本海溝/ və ya Yaponiya novu) Sakit okean plitəsinin Avrasiya plitəsinin altına keçdiyi yerdir. Bura 2011-ci il mart ayında şərqi Yaponiyaya zərbə vuran zəlzələ də daxil olmaqla, meqa-zəlzələlərin baş verdiyi ərazidir.

Çərşənbə günü hökumətin zəlzələləri araşdırma qrupu çökəklik sahəsinin qiymətləndirilməsinə dair son açıqlamalarını yayıb. Açıqlamada deyilir ki, 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı sıfıra bərabərdir. Lakin şərqi prefektura Aomoridən, şimalda İvate və Miyagiyə qədər ərazilərdə 7 və ya 7.5 gücündə zəlzələlərin gözlənməsi ehtimalı 90% və ya daha yüksəkdir.

Qrupun rəhbəri, Tokyo Universitetinin professoru Naoşi Hirata şimal-şərqi Yaponiya ərazisində yaşayan əhalini xəbərdar etmənin vacib olduğunu vurğulayıb. “Elə bilməsinlər ki, güclü zəlzələlər olmayacaq, hazır olsunlar”, – deyib.

S. Nur © yapon.az 2019
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.