Ukiyo-e aşiqi Vinsent Van Qoqun kolleksiyası artıq ictimaiyyətə açıqdır

XIX əsrin II yarısında avropalıların Yaponiya incəsənətinə olan marağı ən yüksək səviyyədə idi. Qərblilərin yapon estetikasına olan marağı və bu mövzuda araşdırmaları yaponizm adını almışdır. Baxmayaraq ki, Edqar Deqas və Mari Kassatt (ing. Mary Cassatt) kimi impressionist rəssamlar yaponizm ilə sız bağlı idilər, yapon taxta basqılar – qravüralar Vinsent Van Qoqun (Vincent Van Gogh) yaradıcılığında vacib rol oynamışdır.

1886-cı ildə Van Qoq Parisə köçdükdən sonra Ukiyo-e yapon təsviri incəsənətini kəşf edir. Ukiyo-e XVII əsrdən XIX əsrə qədər istehsal olunan və mövzu etibarı ilə dünyadakı gözəlliyin tərənnümünə həsr olunan taxta basqıların bir növüdür. Təbii mənzərələr, kabuki ifaçıları, sumo güləşçiləri, xalq hekayələri, erotizm və s. əks olunan bu əsərlər Van Qoqun böyük marağına səbəb olur.

van-gogh-japanese-woodblock-prints-6
“Yoc(j)ibeinin qurbanları”, triptik. Utaqava Kuniyoşi (1797 – 1861), Edo, 1849-1851. Şəkil: mymodernmet.com

Hollandiyalı rəssam Antverpendə ikən ilk ukiyo-e əsərlərini alır və emalatxanasının divarından asır. O, bu eqzotik təsirlərə bürünərək öz sənətini modernizə etməyi düşünürdü. Yaponiya incəsənəti istiqamətindəki yeni kəşfini qardaşı Teoya məktubunda bu formada açıqlamışdır:

“Yaponiya incəsənəti ilklərə bənzəyir. İlk yunanlılar kimi, ilk hollandiyalılar, Rembrandt, Potter, Hals, Vermeer, Ostade, Ruisdael kimi. Sonu yoxdur.”

Bir çox sənətkar kimi Van Qoq da Qərb sənətinin standart qaydalarına uyğun olmayan bu basqıların kompozisiyalarından təsirlənmişdi. Yaponiyalı sənətkarlar qeyri-adi rəng kombinasiyaları istifadə etməkdən, rəsm elementlərini kəsməkdən, üfüqü istisna etməkdən və işlərinin ortasında boşluq buraxmaqdan çəkinmirdilər. Van Qoq bu qanunların bəzilərini mənimsəyəndə, yapon estetikası onu ümumilikdə avropalı sənətkarlar tərəfindən istifadə edilən qatı kompozisiya qaydalarından xilas etdi. Van Qoq 1888-ci ildə Arles şəhərindən qardaşı Teoya yazdığı məktubunda bu vəziyyəti izah edir:

“Bax, yapon təsviri incəsənətini sevirik, onun təsirini hiss edirik – impressionistlərin  (təəsürat) hamısında bir ortaq nöqtə var – başqa bir deyişlə, Yaponiyaya getməyəcik. Yaponiyanın ekvivalenti nədir? Fransanın cənubu? Buna görə yeni sənətin gələcəyinin hələ də cənubda yatdığına inanıram.”

Ukiyo-enin həvəskar kolleksiyacısı olan Van Qoq Antverpendəki ilk rəsmi aldıqdan sonra “yüzlərlə” basqıya sahib olduğunu məktublarında qeyd etmişdi. “Van Gogh Muzeyi” də taxta basqıların 500-nü elektronlaşdıraraq onları yükləməyə hazır hala gətirib. Eyni zamanda, yapon təsviri sənətinin Van Qoq yaradıcılığına təsirinə dair bir məqalə də yayımlayıblar. Lakin Van Qoqun bu kolleksiyası tamamlanmayıb. Rəssam sahib olduğu taxta basqıların təxminən 100-ə qədərini böyük ehtimal dostları ilə dəyişdirdiyi üçün kolleksiya əksikdir.

japonism
Yaponizm. Mənbə: Vincent Van Gogh Gallery

Keçidə basaraq bəhs edilən rəsmlərə baxa bilərsiz.

Mənbə: mymodernmet.com
Başlıq şəkil: Vincent Van Gogh Gallery
Xəyalə Əlizadə © yapon.az 2019
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.