Yaponiyanın ənənəvi oyunlarının zəngin tarixi var. Oyunlarla tanış olduqda ölkənin tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etmək olur. Yaponiyada maraqlı bir sıra silsilə oyunlar var ki, məhz Yeni il bayramı günlərində insanlar bir araya gəlib onları oynayırlar. Bunlara hanetsuki, otedama, takoage, oniqokko, karuta, fukuvarai və s. aiddir.

Hanetsuki və ya yapon badmintonu

Hanetsuki (羽根突き və ya 羽子突き) Yaponiyanın ənənəvi “badminton”udur (həm də oibane (追い羽根, 追羽根, 追羽子) adlanır). Lakin burada “raketka” qismində dördbucaqlı, torsuz taxta “kürək”dən istifadə olunur. Kürəyin adı yaponca haqoita (羽子板, はごいた), rəngbərəng “tüklü” badminton topunun adı isə hanedir. Əvvəllər hanetsukini sadəcə xanımlar Yeni il bayramı günü (Oşoqatsu) oynasalar da, Muramaçi dövründən (1333 -1568) geniş kütlə və hər iki cins arasında yayılmağa başlayır.

Kusakabe Kimbei tərəfindən əl ilə rənglənən albümdən çap. Vikipediya - elektron ensiklopediya.
Yeni il ərəfəsində hanetsuki oynayan qızlar. Kusakabe Kimbei tərəfindən əl ilə rənglənən albümdən çap. Vikipediya – elektron ensiklopediya.

Oyunun mahiyyəti bir şəxsin topu haqoita vasitəsilə özündə (çiləyərək) daha çox saxlaya bilməsi və ya iki şəxsin bir-birinə atmasından ibarətdir. Haqoita ilə topu vura bilməyən  şəxsin üzündə mürəkkəblə uduzduğuna diar işarə vurulurdu. İnanclara görə, topu daha çox havada saxlayan oyunçular gələn il ağcaqanadlardan daha çox qorunacaqlarmış 😀 .

Hanetsuki müasir dövrdə elə də məşhur olmasa da haqoita və hane hər yerdə satılır. Haqoita daha çox dekorativ funksiya daşımağa başlayıb. Onlar mürəkkəb ipək kollajlar, ənənəvi simvollarla bəzədilərək lakla boyanırlar. Dekorativ haqoita hazırlamaq sənəti bu gün də geniş yayılıb. Daha çox dekabr ayında keçirilən haqoita içi yarmarkalarında satılırlar (Tokyoda Asakusa, Furukava Fudo).

Haqoita və hane. Mənbə: Kikugawa Eishin
Haqoita və hane. Mənbə: Kikugawa Eishin
Sevinc Nur © yapon.az 2019
Advertisements

One comment

  1. Geri izləmə: Bu gün nə oynasaq?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.