Yaponiyada uşaqlar əsasən uşaq meydançalarında (xüsusi parklarda) oynayır. Təbii ki, adətən azyaşlı olanlar dırmaşır, sürüşür, velosiped sürür, yellencəkdə yellənir, məktəblilər isə futbol, basketbol, tennis və s. ilə məşğul olurlar. Lakin bağçalarda uşaqlara milli oyunlar barəsində məlumat verilir. Lap müəllimlər özü min bir oyundan çıxıb oyunları ifa da edirlər. Bəli, bəli! (Çəkməyimə icazə vermədilər ki, sizinlə paylaşım. Olsun!) Bilmirəm indi ölkəmizdə “ortada qaldı”, “yeddi şüşə” oynayan uşaqlar varmı?! Amma yaponlar bayram günlərində, hansısa məqsədlə bir yerə toplaşanda mütləq və mütləq ənənəvi oyunları yada salırlar. Bəzilərini yaşatmaq üçün ölkə üzrə yarışlar da keçirilir (məs., karuta, kendama).

Yaponiyanın ənənəvi oyunlarının zəngin tarixi var. Oyunlarla tanış olduqda ölkənin tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə edə bilərsiniz. Bəlkə də növbəti dəfə dükanlarda əvvəllər sizə qəribə görünən bəzi oyuncaq və suvenirlərin mahiyyəti haqqında daha yaxşı anlayışa sahib olacaqsınız. Onda almaq və bağışlamaq da daha anlamlı olcaq.

Tarixindən ən çox təsirləndiyim oyun otedamadır. Otedamaları əldə oynatmaq stressi də azaldır.

Otedama (お 手 玉) Yeni il bayramı günlərində müraciət edilən ənənəvi yapon uşaq oyunlarından biridir. Oyunun mahiyytində kiçik lobya kisələri ilə hoqqabazlıq etmək – eyni vaxtda 2 və ya 3, daha artıq torbanı əldən-ələ ötürmək, baş üstündə qoyub gəzdirmək və s.-dir. Bu kisələr ojami adlanır.

Otedamanın Yaponiyaya Nara dövründə Çindən gəldiyi deyilir. Onun məşhurlaşması  isə İkinci Dünya Müharibəsindən sonra Yaponiyada digər oyuncaqların əlçatmaz olduğu vaxtlara təsadüf edir. Rəngbərəng ipək parça zolaqlarını (hissələri) bir-birinə dairəvi, silindrik, beşbucaqlı, ücbucaq, hansısa heyvan şəklində və s. formada tikib, içinə azuki lobyaları doldurarmışlar. Müharibə zamanı kisələrin içindəki azukilər çıxarılıb uşaqları doydurmaq üçün istifadə edildiyindən, ölkədə azuki kisələri demək olar ki, qalmamışdı. 1990-cı illərin əvvəllərində Niihamada bir qrup insan klub tərtib edərək bütün Yaponiya üzrə otedamaları bərpa etməyə başladı.

Otedama qızlar arasında çox populyar olub və nənədən nəvəyə ötürülərdi. Oyunun bölgələrdən asılı fərqliliklərinin olmasına baxmayaraq, əsasən 5 ədəd lobya kisəsi ilə oynanır. Oyunçular lobya torbalarını növbə ilə atır və tutur. Hər növbəti raundda fəndlər özündən əvvəlkindən daha çətin olur.

Otedamanın iki əsas növü var: nagedama (投げ玉) və yosedama (よせ玉).

Sevinc Nur © yapon.az 2019
Advertisements

One comment

  1. Geri izləmə: Bu gün nə oynasaq?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.