Yaponiyanın ənənəvi oyunlarının zəngin tarixi var. Oyunlarla tanış olduqda ölkənin tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə edə bilərsiniz. Bəlkə də növbəti dəfə dükanlarda, əvvəllər sizə qəribə görünən bəzi oyuncaq və suvenirlərlə rastlaşanda onların mahiyyəti haqqında daha yaxşı anlayışa sahib olacaqsınız. O zaman oyuncaqları almaq və bağışlamaq da daha anlamlı olcaqdır.

Tarixindən ən çox təsirləndiyim oyun otedamadır. Otedamaları əldə oynatmaq stressi azaldır.

Otedama (お 手 玉) Yeni il bayramı günlərində müraciət edilən ənənəvi yapon uşaq oyunlarından biridir. Oyunun mahiyyətində kiçik lobya – azukilərdən ibarət kisələrlə hoqqabazlıq etmək – eyni vaxtda 2 və ya 3, daha artıq torbanı əldən-ələ ötürmək, baş üstündə qoyub gəzdirmək və s. dayanır. Bu kisələr ojami (ocami) adlanır.

otedama small-bean-bags-my-pocket

Otedamanın Yaponiyaya Nara dövründə Çindən gəldiyi deyilir. Onun məşhurlaşması isə İkinci Dünya Müharibəsindən sonra Yaponiyada digər oyuncaqların əlçatmaz olduğu vaxtlara təsadüf edir. Rəngbərəng ipək parça zolaqlarını (hissələri) bir-birinə dairəvi, silindrik, beşbucaqlı, ücbucaq, hansısa heyvan şəklində və s. formada tikib, içinə azuki lobyaları doldurardılar. Müharibə zamanı kisələrin içindəki azukilər çıxarılıb uşaqları doydurmaq üçün istifadə edildiyindən, ölkədə azuki kisələri demək olar ki, qalmamışdı. 1990-cı illərin əvvəllərində Niihamada bir qrup insan klub tərtib edərək bütün Yaponiya üzrə otedamaları bərpa etməyə başlayır…

Otedama qızlar arasında çox populyar olub və nənədən nəvəyə ötürülərdi. Oyunun bölgələrdən asılı fərqliliklərinin olmasına baxmayaraq, əsasən 5 ədəd lobya kisəsi ilə oynanır. Oyunçular lobya torbalarını növbə ilə atır və tutur. Hər növbəti mərhələdə fəndlər özündən əvvəlkindən daha çətin olur.

Otedamanın iki əsas növü var: nagedama (投げ玉) və yosedama (よせ玉).

Sevinc Nur © yapon.az 2019
Advertisements

One comment

  1. Geri izləmə: Bu gün nə oynasaq?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.