Əbədi saflıq, məsumiyyət və itaətkarlıq təcəssümü, yaxud “dünyanı qadınlar xilas edəcək”?!

I hissə


Keçən məqalədə Yaponiyanın beş möhtəşəm qadınından bəhs etmişdik. Bu məqalədə də, tanış olmaq üçün sizi yeni bir beşlik gözləyir. Çox uzatmadan,

Hiquşi İçiyo

5000 yen

İlk siyahıdakı kimi, ədəbiyyatla başlayaq. Bəli, bəli! Bu xanım hazırda Yaponiyanın 5000 yenlik əskinazında təsvir olunub.

Hiquçi 1872-1896-cı illərdə yaşamış yaponiyalı yazıçıdır. 24 yaşında həyata gözlərini  əbədi yuman bu qadın, Yaponiya ədəbiyyatında böyük iz qoya bilmişdi. Bəlkə də onun hekayələrinin qısa müddətdə məşhurlaşmasının səbəbi istifadə etdiyi unikal dərəcədə eleqant “klassik yapon dili” idi. Belə ki, Hiquçinin yazılarının əksəriyyəti hələ də “klassik yapon dili”ndə oxunur. Əsərlərinin müasir yapon dilinə tərcümə olunmasının səbəbi isə bu qeyri-adi zərafətə ziyan gətirəcəyinin düşünülməsidir. Eynilə, Katsuşika Ei kimi, Hiquçi də fərqli xarakterə malik idi. Onun sadəcə qısa ömrünə sığdırdığı dəyişimləri, mücadələləri, emosional travmalarını oxuyanda insan roman oxuyurmuş kimi hiss edir.

Sadako Oqata

sadako ogata.jpg

Xanım Oqata da yenə haqqında yaz, yaz bitməyəcək insanlardandır. Ən çox UNICEF (1978-1979) və “Birləşmiş Millətlər Təşkilatı”nın (BMT) Qaçqınlar üzrə Ali Komissarlığındakı fəaliyyətinə (1991-2000) görə tanınan Oqata akademik, siyasətçi, yazar və “Sophia” Universitetində professordur. BMT-nin Baş Məclisində Yaponiyanı təmsil edən Oqata sonradan Yaponiyanın xarici işlər naziri vəzifəsinə təyin edilsə də bu vəzifədən imtina etmişdir. O, hal hazırda 91 yaşındadır və JMUN-da idarə heyyətində məsləhətçi olaraq həyatına davam edir.

Kamikava Aya

kamikawa aya

Kamikawa Aya Tokyonun ən böyük xüsusi rayonu olan (xüsusi rayon sözü yəqin ki, Azərbaycan dilində qəribə səslənir. Bu növ rayonlar şəhərlərin içində, 23 bölgəni özündə birləşdirərən bələdiyyələrin baxdığı ərazilərə deyilir) Setagayada bələdiyyə seçkilərində iştirak etmiş və qazanmışdı. Amma Kamikavanın kampaniyası həmişəki bələdiyyə seçkilərindən daha çox səs-küyə səbəb olmuşdu. Çünki Kamikava Yaponiyada seçkilərə qatılan ilk transgender qadın idi. Lakin Kamikawanın bələdiyyə seçkilərində ən böyük səs çoxunluğunu alaraq seçilən ikinci namizəd olmasının əlbəttə çox başqa səbəbləri var idi. Aya Kamikawa Yaponiyanın yaşlı əhalisinin haqqlarının müdafiəsi və onların cəmiyyətin daha fəal parçası halına gəlmələri mövzusunda xərclədiyi əmək, yaşlılara hörmət məsələsində həssas olan yapon toplumunda sevgi doğurmuşdu. Eyni zamanda, Kamikava uşaq haqqları aktivistidir.

Kişida Toşiko

kishida toshiko

Bu gün Yaponiyanın qadın siyasətçilərindən danışa biliriksə, şübhəsiz ki bunu bir qrupa borcluyuq – yapon feministlərinə. Qadınlara heroqlif oxumağın öyrədilmədiyi, ərinin xanımını öldürməsinin cinayət sayılmadığı, qadının yeriyərkən belə ərinin kölgəsini tapdalamaq icazəsi olmadığı, qadınların səs verə bilmədiyi və daha neçə cinsiyyətçi qanunların caynağında bir ölkə düşünün. Yaponlar hal-hazırda bu cür ölkədə yaşamırlarsa, Kişida və onun kimi həbs edilməyi, linc edilməyi, pis rəftara məruz qalmağı gözə alıb, qadın haqları üçün mübarizə aparan feministlərə təşəkkür etməlidirlər. 1863-cü il təvəllüdlü Kişida həyatına saray nədiməsi kimi davam edəcəkkən, bir anda özündə siyasətə atılacaq güc tapır və beləcə, o, qadınların təhsil almasının önəmi üzrə kampaniya başladır. Kişida bütün platformlarda qadın haqlarından və qızların oxudulmasının önəmindən danışaraq özünə dəstəkçi kütlə yığır. 1887-ci ildə qadınların siyasətə qarışmasının əlehinə qanun çıxması ilə Kişidanın danışa biləcəyi bir platform qalmır. Amma o, “Jogaku” jurnalında öz fəalliyyətinə davam edir. 1901-ci ildə Kişida vəfat edir, amma arxasında artıq çoxdan alovlanmış və qarşısı alına bilməz bir qadın haqları hərəkatı qoyur.

Misora Hibari

Untitled
Misara Hibari

Misora Hibari yaponiyalı müğənni, aktyor və mədəniyyət ikonası idi. Kasetləri 80 milyondan artıq satılan və ölümündən sonra belə rekord satış rəqəmlərini qoruyan Misora pozitiv aurası, xoş xasiyyəti və ümid verən musiqiləri ilə ictimai fiqura çevrilmiş və ikinci Dünya müharibəsindən sonra Yaponiyanın yaralarının sarılması, “ümidin geri qazanılması” prossesindəki aktivliyinə görə “People’s Honor Award”a layiq görülmüşdü. Misora bu mükafata layiq görülən ilk qadın idi. Eyni zamanda, o, yapon musiqisinə qatdığı dəyər və ictimai fəallığına görə “şərəf medalyonu” ilə təltif olunmuşdu. Hər il milyonlarla ziyarətçi Yaponiyadaki Misora Hibari teatrını, muzeyini və onun heykəlini ziyarət edir.

Selcan Yağmur © yapon.az 2019
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.