“NIKKENSEI” Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən təqdim olunan təqaüd proqramı olub, yapon dilini, mədəniyyətini və Yaponiya haqqında məlumatları beynəlxalq tələbələrə daha mükəmməl şəkildə çatdırmaq məqsədi Yaponiyanın müxtəlif universitetlərində təşkil olunan 1 illik təhsil proqramıdır.

(B) Müraciət üçün şərtlər və tələblər:
・Yalnız Azərbaycan vətəndaşı olan şəxslər. Yapon vətəndaşları müraciət edə bilməzlər (Azərbaycan vətəndaşlığı olmayan şəxslər yalnız mənsub olduqları ölkədəki Yaponiya səfirliyinin təqdim etdiyi proqramda iştirak edə bilərlər).
・2 aprel 1989-cu il – 1 aprel 2001-ci il təvəllüdlü şəxslər.
・Yalnız müraciət zamanında təhsil aldığı universitetdə (Azərbaycanda olan universitet) yapon dili və yaxud yapon mədəniyyəti ixtisası üzrə təhsil alan şəxslər müraciət edə bilər. Müraciətçilər 2019-cu ilin sentyabr ayı üçün ümumilikdə 1 ildən artıq (yəni, 1-ci kurs tələbələri müraciət edə bilməzlər) yapon dilini ixtisasında oxumuş şəxslər. Qeyd: müraciətçilər Yaponiyada 1 illik təhsildən sonra mütləq şəkildə geri dönüb öz Azərbaycandakı universitetlərində təhsili davam etdirməlidirlər. 2 və ya 3-cü kurs tələbələri proqrama müraciət edə bilərlər. 4-cü kurs tələbələri məzun olmadıqları və gedib gəldikdən sonra yenidən universitetdə təhsili davam etdirmək (buraxılış imtahanı və ya digər buraxılış prosedurları) şərtiylə proqramda iştirak edə bilərlər.
・Yaponiya universitetində yapon dilində təhsil ala biləcək dərəcədə yapon dili biliyinə malik olan şəxslər.
・Fiziki və əqli cəhətdən tam sağlam şəxslər.

(C) Təqaüd proqramının müddəti:
2019-cu ilin oktyabr ayından (və yaxud təlim kursu başladığı müddətdən) davam edən 1 illik təlim proqramı müddətində verilir. Təqaüd müddətinin uzadılması mümkün deyildir.
(D) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:
・Aylıq təqaüd – 117.000 yapon yeni
・İkitərəfli aviabilet(Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)
・Təhsil haqqı və digər (universitetin qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

(E) Son illər ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı
2014-cü il: 1 nəfər (Gifu Universiteti)
2015-ci il: 2 nəfər (Touhoku Universiteti, Saitama Universiteti)
2016-cı il: qəbul olan olmayıb
2017-ci il: 1 nəfər (Hiroşima Universiteti)
2018-ci il: 1 nəfər (Osaka Universiteti)

TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:

Müraciət üçün lazımı sənədlər aşağıdakılardır (bütün sənədlərin toplusu):
http://www.mext.go.jp/a_menu/koutou/ryugaku/1411370.htm

Mütləq şəkildə təqdim olunmalı sənədlər:
(1) Müraciət forması (1 nüsxə əsli)
※ Fotoşəkil – “Müraciət formasına yapışdırmaq üçün lazımdır. Şərtlər: son 6 ay ərzində çəkilən fotoşəkil; ölçü: 4.5×3.5 sm; şəklin arxasında mütləq şəkildə ad, soyad və milliyətinizi yazmaq
(2) Universitet Seçiminə Dair Müraciət Forması (1 nüsxə əsli)
(3) Təhsil aldığı universitetdən qiymət vərəqəsi(bitirdiyiniz kurslara dair qiymət vərəqəsi olub, mütləq şəkildə ingilis və ya yapon dilinə tərcümə olunmuş və notariusda təsdiq olunmuş versiyasını təqdim etmək gərəkdir)
(4) Universitetdən arayış (ingilis və ya yapon dilində)
(5) Təhsil aldığı universitetin dekan və yaxud baş müəllimindən tövsiyyə məktubu (Hazır formatı mövcuddur. Lakin, sərbəst üslubda da təqdim edə bilərsiniz)

Mütləq şəkildə tələb olunmayan sənədlər:
(6) Yapon dili biliyini təsdiqləyən sənəd (JLPT sertifikatı) – əgər varsa (surət – 1 ədəd; sertifikatın hər iki səhifəsinin surətini təqdim etmək gərəkdir)
(7) Yapon dili Natiqlik Müsabiqəsinin sertifikatı– əgər varsa (surət- 1 ədəd)

QEYD:
Aşağıdakı sənədi yalnız səfirliyin son seçim mərhələsi olan Müsahibədən keçmiş şəxslər təqdim etməlidir:
Sağlamlıq haqqında arayış (Müvafiq formanı doldurmağınız vacibdir. Forma mütləq şəkildə ingilis dilində həkim tərəfindən doldurulmalı, sonda həkimin imzası və xəstəxananın möhürü olmalıdır)

Sənədlərin hazırlanması və ya təhvil verilməsi ilə bağlı diqqət yetirilməli məqamlar

 ƏLAVƏ MƏLUMAT ÜÇÜN LİNK:

Keçmiş illərin seçim imtahanı sualları
http://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1

 BU PROQRAM ÜZRƏ TƏHSİL ALA BİLƏCƏYİNİZ UNİVERSİTETLƏRİN SİYAHISI:
http://www.mext.go.jp/component/a_menu/education/detail/__icsFiles/afieldfile/2018/12/10/1411364_5_1.pdf

TEZ-TEZ SORUŞULAN SUALLAR

<Yaponiya həyatı haqqında>
Sual 1: Təhsil müddətində Yaponiyada işləmək mümkündürmü?
⇒Bəli, mümkündür.Lakin, tələbə vizası olduğu üçün iş saatlarına məhdudiyyət vardır.İşləməyi qadağan edən universitet də ola bilər.

Sual 2: Təhsil müddətindən sonra Yaponiyada qalıb işləyə bilərəmmi? 
⇒Yaponiyada 1 illik təhsildən sonra mütləq şəkildə Azərbaycana qayıtmaq və Azərbaycandakı universitetdəki təhsilinizi davam etdirmək lazımdır.Azərbaycandakı universiteti bitirdikdən sonra özünüz Yaponiyada iş taparaq işləməyə gedə bilərsiniz.

※Ətraflı məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrəsi: +994 12 490 7818/19
FAX: +994 12 490 7817/20
Email ünvanı: culture-info@bk.mofa.go.jp

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.