Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi , “Samuray menyusu” filmini nümayiş etdirmək qərarına gəlib. Maraqlanan şəxslər aşağıda qeyd olunmuş mail adres üzrə qeydiyyatdan keçə bilərlər. 


Filmin treylerini bu linkdən izləyə bilərsiniz:
https://jfdb.jp/en/title/4003  

Seans: 15 Yanvar, 18:30 – 20:30 (Filmin dili: yapon dili; Alt yazı: rus dilində) Otağa buraxılış saat 18:00-dan başlanacaqdır.

※Məkan:Yaponiya Səfirliyinin 5-ci mərtəbəsində yerləşən Mədəniyyət və Məlumat şöbəsi. Nəzərinizə çatdırmaq istərdik ki, film kinoteatr deyil, iclas otağında nümayiş olacaqdır. Gözləntilərinizdə bunu nəzərə almağınızı xahiş edirik.

※Giriş pulsuzdur.

※İştirak etmək istəyənlərdən culture-info@bk.mofa.go.jp email adresinə ➀ Ad, soyad ➁Təvəllüd ➂ Mənsubiyyət (universitetin və ya iş yerinin adı göndərməkləri xahiş olunur. Səfirlikdə ilk dəfə olacaq şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etməkləri xahiş oluna bilər.

※ Tədbir zamanı çəkilən şəkillər səfirliyimizin Facebook səhifəsi və ya digər yerlərdə yayımlana bilər deyə, bundan xəbərdar olmağınızı istərdik.

※ Bu kinonun DVD-ni bəzi dövlət qurumlarına (təhsil müəssisələri, yerli icra hakimiyyəti orqanlarının mədəniyyət zalları, qeyri-kommersiya təşkilatları və s.) nümayiş üçün istifadəyə verilə bilər. Əgər nümayiş etdirmək istəyi olarsa, yuxarıdakı adreslə əlaqə saxlaya bilərsiniz.

Hekayə
Funaki Dennei Edo dövründə aristokratiya üçün yeməklər hazırlayan “mətbəx samurayı” kimi Kaqa ailəsinin mətbəx ənənələrinin əsasını qoymuşdur. 
Bu ürəklərə toxunan drama janrında olan film əsasən Funakinin oğlu ilə ailə quran xanım başda olmaqla Kaqa ailəsinin daxili işlərini təsvir edir. Filmdə Funaki ailəsinin “Ryori Muqonşyo” reseptlər kolleksiyasına əsasən hazırlanan yeməklər öz əksini tapır və həmin dövrün samurai ailə mətbəx sirrləri yenidən nümayiş olunur. 
Köməkçi Haru (Ueto Aya) bacarıqlı, lakin tərs xasiyyətli aşpazdır və bununla 1 ildən sonra yoldaşından boşanır. Buna baxmayaraq, Kaqa ailəsinin “mətbəx samurayı” Dennai ondan öz oğlu ilə ailə qurmasını və Yasunobunun (Kora Kenqo) varisi olmasını xahiş edir və bununla öz kulinar bacarıqlarındakı çatışmamazlıqlara əlac qılmaq istəyir. 
http://www.bushikon.jp/  (yalnız yapon dilində)
 
Filmin buraxılış tarixi: 14 dekabr, 2013-cü il
Müddət: 121 dəqiqə
Janr: Drama, tarixi, bədii film
Film Festivallarında nümayişlər, Mükafatlar:
2014 Berlin Beynəlxalq Film Festivalı, Kulinariya Fimləri Bölməsi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.