Bazar günü Sapporo şəhəri Toyohira Vardda 42 nəfərin zədələnməsilə nəticələnən partlayış baş verib. Partlayış bir-birinə yaxın yerləşən izakaya (yapon üslubunda “bar”), daşınmaz əmlak agentliyi və xəstəxananın dağılmasına səbəb olub.

Partlayış yerli vaxtla saat 20:30-da baş verib.  Yanğın isə saat 02:10 radələrində söndürülüb. 42 zərərçəkən arasında 30 yaşlarında daşınmaz əmlak agentliyinin bir əməkdaşının vəziyyəti ağırdır.

Polis bildirib ki, hadisə zamanı ümumilikdə 60 yaşadək 19 kişi və 23 qadın yaralanıb. Partlamanın isə izakaya, ya da Hokkaydonun paytaxtında yerləşən daşınmaz əmlak agentliyinin ofisində baş verdiyindən şübhələnilir.

Partlayış yerini ziyarət edən qaz təhlükəsizlik mərkəzinin rəsminin sözlərinə görə, 50 kq ağırlığındakı beş propan qazı bidonu pəncərənin kənarında, 20 kq-a yaxın iki bidon isə daşınmaz əmlak ofisindən kənarda yerləşdirilib. Partlayışdan sonra binalarda qaz boruları zədələnmişdir.

“Tavan düşdü, sonra bütün ikinci mərtəbə dağıldı və biz hamımız sıxışdıq. Hər kəs divarı aşırandan sonra qaçmağa müvəffəq oldum” zərərçəkənlərdən biri hadisəni belə təsvir edib.

49 yaşındakı izakayada ailəsi ilə yemək yeyən bir kişi deyib: “Əgər ikinci mərtəbə çökməsəydi, hər kəs orada qalar və yanaraq ölərdi”.

Hadisə zamanı şəhərin bir çox sakini partlayış səsini eşidib. Çoxu onu növbəti zəlzələ sanıb.

Sevinc Nur © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.