Layihələrimiz

“Tələbələr bizə “nə baş verir?!” baxışıyla baxsa da”…

Əl-ələ tutmaq və sülhə addımlamaq!

yapon.az saytının ADA universitetində baş tutan “Yaponiyada bir gün: “Yukata şou” adlı tədbiri haqqında bilmədikləriniz Gülər Nursunun təqdimatında

DSC_0026

Tədbirdən öncə iştirakçıların Yaponiya aid müxtəlif əşyalar ilə tanış olmaqları üçün kiçik stend

“Yukata şou” adlı tədbirimizin olacağını eşitdiyimiz zaman çox sevinmişdik. Amma bir problem var idi ki, bu şouda yukatalar olmalıydı və bizim kursun yukata bazası barmaqla (hətta bir əlin barmaqları ilə) sayıla biləcək qədər az idi. Lakin ürəyimizi heç sıxmadıq. Artıq illərdir yapon.az-ın, Hana senseyin, kursun tələbələrinin yaponiyalılarla dostluğu sözdə qalmadı və Yaponiyadan poçt ünvanlarımıza, tədbirdə həqiqətən şou göstərə biləcəyimiz sayda yukatalar göndərildi. Tədbir ehtirasımızı artıran həm də tədbirin xeyriyyə məqsədilə keçirilməyi idi. O tədbir ki, Yaponiya sevgisi ilə, ehtiyacı olan insanlara köməklə doludur necə bir nəticə əldə etmək olar? Sugoi!!!

Lakin mövzumuz bir az fərqlidir. Təkcə tədbirdə gördüklərinizin qısa şərhini deyil, həm də səhnə arxasında (burdakı “səhnə” sözü özündə təkcə bizə məkan verən ADA-nın səhnəsini ehtiva etdirmir) baş verənlərin azca bədiiləşmiş formasını yazıya tökməyə çalışdıq.

Məşqləri yada salmaq, o məşqlərə hər dəfə ayaqdöyən biri üçün nəinki yorğunluq, bir o qədər də şirin xatirələri yada salır. Düzdür, sensey və senpayların qoyduğu ciddi qanuna əsasən, biz o xatirələri şəkil, selfi halına sala bilməsək də şükürlər olsun ki, film kimi hər səhnə yadımızda qalıb.

Deyim ki, əgər siz tədbirdə 6-7 çıxış gördünüzsə, demək ki, biz o 6-7-ni əldə etmək üçün hardasa 10-15 səhnəcik qurub dağıtmışıq, onlarla rəqsin məşqin edib içindən ən uğurlu olanları seçib təqdim etməyə çalışmışıq. Əlimizdən gələni ardımıza qoymamağımıza dəydi. Bəzi şeyləri də saxladıq gələn tədbirlərə… Odur ki, gözünüz də, qulaqlarınız da bizdə olsun!

ADA universitetinə, təkcə tədbir keçirtmək üçün bizə şərait yaratdığına görə yox, həm də “məşq nazlarımızı” çəkdiyinə görə təşəkkür düşür. Tədbirin başlamağına bir neçə saat qalmış universitetin içində yukatalarda ora-bura qaçışırdıq, nəyəsə əl atıb, kömək etməyə çalışırdıq. Tələbələr bizə “nə baş verir?” baxışıyla baxsa da sevdiyimiz ölkənin milli geyimlərini daşımaq olduqca fərqli və gözəl hiss etdirirdi.

DSC_0167

Azərbaycan və Yaponiya himni səslənir

Açılışın Azərbaycan və Yaponiyanın himninin skripkada ifası gözlənilən ola bilərdi. Bizim üçün də gözlənilməz olan isə qonaqların tərəddüdsüz şəkildə himni müşaiyət etməkləri oldu. Məşqlərə gəlməyən iştirakçının səhvsiz çıxışına bənzəyirdi bu. Proqrama əlavə etmədiyimiz bu detal səhnə arxasında çıxış sırasını gözləyən bizləri də olduqca tәsirlәndirmişdi. Yukata şouda geişa rəqsinin yer almaması yəqin ki, çox təəccüblü olardı. Elə biz də onu düşündük və tədbiri maiko rəqsi ilə açdıq…

DSC_0170

Maiko rəqsi

İştirakçıların fərqli qayğıları var idi – dərs, iş, vaxt azlığı, yol uzaqlığı, şəxsi problemlər və sairə. Lakin hər biri səhnəcikləri elə bir ustalıqla təqdim etdi ki, bu dediyim şeylərin heç biri hiss olunmadı. Sanki aylardır bu tədbirin məşqini edirmişlər kimi 1 aylıq məşqin bəhrəsini ortaya qoydular.

DSC_0280

“Sarı gəlin” – azərbaycanca və yapon dilində

“Sarı gəlin” mahnısını yapon dilinə çevirmək məsələsi də bir qədər qəribə oldu. Ssenaridə belə bir plan yox idi və hardasa təbirə 2 həftə qalmış öyrəndik ki,  Secret Academy-nin heyətinin də köməyilə belə bir çıxış əlavə edə bilərik. Sensey sadəcə olaraq “Sarı gəlini yaponcaya çevirmək lazımdır” demişdi. Həqiqətən “gücləndirilmiş iş rejimi”nə keçdi tələbələr. Nəticədə senseyin elanından 1-2 saat sonra mahnının sözləri yaponca əlimizdəydi. Düzdür, mükəmməlliyə can atan ruhumuz bizi tək qoymadı və sözlərin düzgün seçilib-seçilməməsi haqda uzun müzakirələr getdi. Nəticədə bu milli mahnımız həm dilimizdə, həm yaponca  tədbirin bir hissəsinə çevrildi.

Yukataların sərgisini məşq edəndə dilimizdən düşməyən zarafat “Victoria’s secret” zarafatı idi. Hərəkətləri qurub-düzəldənə qədər əsəblərimiz tarıma çəkilirdi, sonra kimsə “görən Viktoriyas sekretdə də belə çətin hazır eləyirlər?” deyirdi və hamımız gülürdük. Burda gülməli olan o idi ki, adını çəkdiklərimizdən fərqli olaraq, biz stol-stulla dolu, hərəkət etməyə 3-4 metrdən də az olan yerdə məşq edirdik. Burada önəmli olan addımların sayı idi. Ona görə də addımların sayını hər dəfə beynimizdə 2-3 dəfə artırırdıq ki, “ADA-da səhnə böyükdür, orda çox addım atmalıyıq”.  Elə ADA-dakı sənədəki ilk məşq də hesablamaların işə yaramayacağını göstərdi. Amma yeni səhnəyə də tez alışdıq və nəticədə həqiqətən də özümüzün də zənn etmədiyimiz qədər sinxron, təbii və gözəl yukata təqdimatı oldu.

İnstrumental çıxışlar, canlı ifalar, milli rəqslər ilə izləyicilərə bir anlıq da olsa Yaponiyanın musiqi dünyasını tanıtmaq imkanına sahib olduq.

DSC_0283Ən sonuncu çıxışımız “Tokyo Bon 2020” oldu. Rəqsin xareoqrafiyasını senpayımız öyrətmişdi bizə. İlk vaxtlar biz bunun sadəcə adi rəqs olduğunu düşünürdük. Lakin sonra, “bu 2020 nədir?” deyə sual verdik və axtarıb tapdıq ki, mahnı 2020 Tokyo Olimpiya Oyunlarına qonaq gələcək bütün xaricilərə həsr olunub və hərəkətlərində “əl-ələ tutub sülhə addım atmaq” mənasını daşıyır. Düşünürəm ki, bizim bu tədbirə bundan daha gözəl yaraşacaq bir sonluq ola bilməzdi.

Əl-ələ tutmaq və sülhə addımlamaq!

yapon.az-ın ətrafındakı hər kəsin etdiyi kimi əl-ələ tutmaq!

Tədbirimizə gələn, xeyriyyə üçün bilet alan, bizi izləyən və yazını oxuyan hər kəsə təşəkkürlərimizi bildirir, gələn tədbirlərdə sizlərlə yenidən görüşmək üçün səbirsizlənirik!


DSC_0159QEYD : yapon.az olaraq təşəkkür edirik :

Öncə mesajımıza diqqət ayırıb bizə yukata göndərən Yusuke MiyamotoYuta OguraKei Sugy, Emi Kamiya, Hiroyuki Nakano, İtoşi şəhəri və Azərbaycan Respublikasında Yaponiya səfirliyinə dərin təşəkkürümüzü bildiririk. Həmçinin, Yaponiya Səfirliyinin əməkdaşı Saki Uchidate xanımın tələbələri bir-bir geyindirib, onlar üçün elədiklərinin qarşılığını verə bilməyəcəyimiz qədər dəyərli idi.

Tədbirdə iştirak edərək bizi onurlandıran Yaponiya səfirinin xanımı Noriko Katori-nə dərin təşəkkürümüzü bildiririk.

Həmçinin, tədbirdə iştirakları ilə bizi onurlandıran Taichi SakashitaMiho HayashiErica Nishi, Yaponiya Səfirliyinin əməkdaşları üçün də təşəkkürümü bildiririk.

Xeyriyyə tədbirini olduğunu bilərək, universitetin qapılarını üzümüzə açan ADA Universitetinə, əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Tədbirin məşqləri üçün səs-küyümüzə dözən, otaqların qapılarını taybatay açan The Secret Business Academy, Ferid Bayramov, can-başla olan iştirakına və qeydiyyatı tamamlamağı ilə Memmedova Zülfiyye-yə dərin təşükkürümüzü bildiririk.

Bu tədbir onlarsız olmazdı. Bizim təklifimizə razılıq verib, tədbirimizdə iştirak edən Tahira Novruzovaya minnətdarlığımızı bildiririk.

Asudə vaxtlarını tədbirin hazırlığı üçün sərf edən ADA könüllülərinə, Coffie Moffie-yə təşəkkürümüzü bildiririk. Dəniz Səmədzadə, Serkan Şentürk, Orxan Şükürov…

İndi isə keçək tədbirin qəlblərinə.
Gördüyünüz iki nəfər ilə qırışdıq, işləri bölüşdük, tədbirin əsas təşkilatçıları kimi saman altında su yeridənləri oldular. Buna görə, Gülşən Cabbarlı, Səfərova Lamiyyə və Vüqar Abbasova səbrlərinə və mükəmməl işlərinə görə təşəkkürümüzü bildiririk.
Balacalığına baxmayın, çox yük elə onun boynunda idi Gulshan Aghayevaya da xüsusi təşəkkürümüzü bildiririk. Rəqslər, aparıcılıq, məşqlər…daha nələr, nələr.

İndi isə tədbirin şah damarları. Onlar olmasaydı bu tədbir əsla olmazdı: Gülər Zeynallı, Selcan Qəhrəmanlı, Xəyalə Alizadə, Günay Həsənova, Rimma İlyasova, Nazilə Ələkbərova, Ceyla Əlimuradova, Nailə İsmayılova, Rüqayə Novruzova, Qəmər Allahverdiyeva, İlham Hacızadə, Rüstəm İsmiyev, Zülfiyyə Məmmədova, Nəzrin Əliyeva, Aysu Həmidli, Günay Cəfərli, Kristal Cabbarlı, Tamilla Qurbanova, Mehriban Ağayeva, Ziba Sadıxlı, Xalidə Əlizadə, Ayişə Nərimanova, Nurcan Həmidli, Aysel Cəfərova, Nəriman Abdullayev, Nurana Tahirova, Kamran Aslanzade, Subhi İsmayilov. Hər birinizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk.

Gülər Nursu © YAPON.AZ 2018

Advertisements

Kateqoriyalar:Layihələrimiz

Tagged as: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma